Xəbərlər
10.08.2024, 01:51
Şəhla Xəlilqızı: Sən qoru Allah - FOTO
Hər gözə girəndən üzə durandan,
Üzünə baxaraq hiylə qurandan,
Yersiz gülərək kürək vurandan,
Hiyləgər insandan sən qoru, Allah.
Ana atasını, heçdən əyəndən,
Heçdən danlayaraq qəlbə dəyəndən,
Gücü yetməyib yerini döyəndən,
Tufandan, vulkandan sən qoru, Allah.
Yaltağın əməli dinsizin özü,
İki sifətlinin sıyrılan üzü,
Yolların haçası əyrisi, düzü,
Sözünü udandan sən qoru, Allah.
Məmurun nəfəsi, alimin tərsi,
Haqqı, ədaləti itirən kəsi,
Özünü göstərən nahaqqın səsi,
Zülümdən hicrandan sən qoru, Allah.
Şəhlanın sözləri deyildi əbəs,
Öz yerin tanısa məclisdə hər kəs,
Demirəm küləyə min səmtə sən əs,
Zalımın imkandan sən qoru, Allah.
Nəfsəgir insandan sən qoru Allah.
Üzünə baxaraq hiylə qurandan,
Yersiz gülərək kürək vurandan,
Hiyləgər insandan sən qoru, Allah.
Ana atasını, heçdən əyəndən,
Heçdən danlayaraq qəlbə dəyəndən,
Gücü yetməyib yerini döyəndən,
Tufandan, vulkandan sən qoru, Allah.
Yaltağın əməli dinsizin özü,
İki sifətlinin sıyrılan üzü,
Yolların haçası əyrisi, düzü,
Sözünü udandan sən qoru, Allah.
Məmurun nəfəsi, alimin tərsi,
Haqqı, ədaləti itirən kəsi,
Özünü göstərən nahaqqın səsi,
Zülümdən hicrandan sən qoru, Allah.
Şəhlanın sözləri deyildi əbəs,
Öz yerin tanısa məclisdə hər kəs,
Demirəm küləyə min səmtə sən əs,
Zalımın imkandan sən qoru, Allah.
Nəfsəgir insandan sən qoru Allah.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay














