Türkiyə-Ermənistan birbaşa danışıqları – Ankaranın dəyişməyən mövqeyi - ŞƏRH


Son günlər Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi istiqamətində danışıqların getdiyinə dair xəbərlər yayılır.

İyulun 30-da Türkiyənin normallaşma üzrə xüsusi nümayəndəsi Serdar Kılıçla ermənistanlı həmkarı Ruben Rubenyan sərhəddə görüşüb. Bu, xüsusi nümayəndələrin beşinci görüşü sayılır. Onlar diplomatik/rəsmi pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəliblər. Tərəflər normallaşma prosesini heç bir ilkin şərt irəli sürülmədən davam etdirməyə razı olduqlarını təsdiqləyiblər.

Türkiyənin xarici işlər naziri Hakan Fidan isə “Sabah”a müsahibəsində bildirib ki, Ermənistanla sərhədlər Azərbaycanla Ermənistan arasında normallaşma prosesindən sonra açılacaq. O, rəsmi Bakı ilə İrəvan arasında danışıqlar prosesinin davam etdiyini qeyd edərək deyib: “Biz danışıqların mümkün müsbət başa çatması ssenarisinə hazır olmalıyıq. Əgər normallaşma prosesi müsbət sonluqla başa çatarsa, onda biz sərhəd qapılarını aça bilərik”.

H.Fidanın açıqlaması Azərbaycan və Türkiyənin Ermənistanla normallaşma prosesinə eyni mövqedən yanaşması anlamına gəlir. Çünki rəsmi Ankara Ermənistanla quru sərhəd qapılarını Kəlbəcərin işğalından sonra - 1993-cü il aprelin 3-də bağlayıb. Ondan sonra Türkiyədə bir-birini əvəzləyən bütün iqtidarlar bu qapını Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra açacaqlarını bildirib.
Türkiyə-Ermənistan birbaşa danışıqları – Ankaranın dəyişməyən mövqeyi - ŞƏRH

İki ölkə arasında sərhəd xəttinin uzunluğu 328 km-dir. Türkiyə və İranla Ermənistan arasında dövlət sərhədinin isə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti mühafizə edir.

Bu baxımdan, Hakan Fidan açıqlaması ilə sələflərinin mövqeyini davam etdirəcəklərini bildirib. Viza isə yalnız diplomatik/rəsmi xarakterli olacaq.

Əsas məsələlərdən biri ilkin şərtlə bağlıdır. Azərbaycan torpaqları işğal altında olanda da rəsmi İrəvan ilkin şərt irəli sürülmədən normallaşma prosesini irəli aparmağa hazır olduqlarını bildirmişdi.

İlkin şərtsiz kimi müzakirə olunan məsələlərə bir ştrix əlavə etmək istərdik. 2009-cu il oktyabrın 10-da İsveçrənin Sürix şəhərində Ermənistan və Türkiyənin xarici işlər nazirləri “Ermənistan Respublikası ilə Türkiyə Respublikası arasında diplomatik münasibətlərin qurulması haqqında” və “Ermənistan Respublikası ilə Türkiyə Respublikası arasında əlaqələrin inkişafı haqqında” protokollar imzalamışdı. Ancaq protokollar imzalanandan sonra rəsmi Ankara mövqeyini dəyişdirərək, razılaşmalardan imtina edərək Türkiyə Böyük Millət Məclisində münaqişənin həlli ilə bağlı sazişlərin təsdiqini Azərbaycan torpaqlarının işğaldan azad edilməsi kimi əvvəlki şərtinə qayıtmışdı.
Türkiyə-Ermənistan birbaşa danışıqları – Ankaranın dəyişməyən mövqeyi - ŞƏRH

Vəziyyətin belə dəyişməsində əsas rollardan birini də Ermənistanın Konstitusiya məhkəməsi oynamışdı. Bu instansiya protokollara düzəliş etmək niyyətində olmuşdu. Rəsmi Ankara qurumun bu addımı haqqında ABŞ-yə də məlumat vermişdi.

Ermənistan parlamenti Sürix razılaşmasını təsdiqləsə də, sonradan ondan çıxmaq haqqında qərar qəbul etdi. Bunun ardınca ovaxtkı prezident Serj Sarqsyan ali qanunverici orqanın bu qərarını təsdiqləmişdi.

Rəsmi Ankaranın şərtlərindən biri isə İrəvanın saxta erməni tarixi və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməsidir.

Ermənistan rəsmiləri iddia edirdi ki, ilkin şərtlərlə normallaşma prosesini irəli aparmaq mümkün deyil.

Xüsusi nümayəndələrin görüşündə ilkin şərtin çıxarılması haqda qərarın qəbul edilməsi ilk baxışda belə Türkiyə -Ermənistan sərhədlərinin bu gün, sabah açılacağı təəssüratını yaradır. Ancaq Hakan Fidan açıqlaması ilə rəsmi Ankaranın 31 illik mövqeyində bu istiqamətdə dəyişikliyin olmadığını deməyə əsas verir. Məlum şərtdə torpaqların işğaldan azad edilməsi məsələsi vurğulanırdı. İndi bir neçə kəndin hələ də Ermənistanın nəzarəti altında qaldığını qeyd etməklə, torpaqlar işğaldan azad edilib. Ancaq bu, hələ Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması, sərhədlərin müəyyənləşməsi, normallaşam prosesinin başa çatması demək deyil. Odur ki, iki ölkə arasında problemlər həll olunmadığından o, yarımçıq sayılır. Hakan Fidanın açıqlaması isə xüsusi nümayəndələrin əldə etdikləri razılaşmalara aydınlıq gətirməsi kimi də qiymətləndirilə bilər.
Türkiyə-Ermənistan birbaşa danışıqları – Ankaranın dəyişməyən mövqeyi - ŞƏRH

Başqa bir məsələ - Ermənistan Türkiyəyə qarşı ərazi iddiasından əl çəkib?

Rəsmi İrəvanın konstitusiyaya dəyişikliklə bağlı əməli addım atmaması Ankara və Bakının etirazları ilə qarşılanır.

Bununla belə Ermənistan rəsmilərinin, baş nazir Nikol Paşinyanın "Ağrı dağı (Ararat deyir ermənilər-red.) Türkiyənin beynəlxalq səviyyədə tanınmış ərazisindədir” və parlament sədri Alen Simonyanın “Ermənistan gec-tez himn və gerbini dəyişməlidir” deməsi rəsmi İrəvanın Türkiyəyə qarşı ərazi iddiasından əl çəkmək istiqamətində addım atmaq istəyindən xəbər verir.

Bundan başqa, Ermənistan Respublikasının yeni Dövlət Atlası üçün texniki spesifikasiyalar tərtib etmək və hazırlamaq üçün idarələrarası işçi qrupu yaradılacaq. Bu barədə uyğun qərarı baş nazirin müavini Tiqran Xaçatryan imzalayıb. Qrupun tərkibinə Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları, Müdafiə Nazirliyinin, eləcə də digər nazirlik və dövlət qurumlarının nümayəndələri də daxil olacaq.
Türkiyə-Ermənistan birbaşa danışıqları – Ankaranın dəyişməyən mövqeyi - ŞƏRH

Belə qənaətə gəlmək olar ki, atlasda Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiasından əl çəkməsi öz əksini tapa bilər.

Ağ ev isə iyulun 30-da keçirilən görüşə münasibət bildirməyib. ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Türkiyə-Ermənistan nümayəndə heyətinin normallaşma üzrə danışıqlarını şərh etməyib. “Şərhim yoxdur. Mən iki uyğun ölkəyə məsələ ilə bağlı mövqelərini açıqlamalarına imkan verərdim”, - o deyib.

Bəyanatdan belə qənaətə gəlmək olar ki, beynəlxalq ictimaiyyət bu kimi görüşləri ölkələrin ixtiyarına buraxıb. Belə görüşlər ikitərəfli birbaşa əlaqələrin daha uğurlu keçdiyini göstərir. 14 il əvvəl ATƏT-in keçmiş Minsk qrupunun üç həmsədr ölkəsinin iştirakı ilə keçirilən toplantıların, imzalanan protokolların səmərəli nəticəsi olmadı. Ancaq Azərbaycan torpaqlarını işğaldan azad edəndən sonra Azərbaycan və Türkiyənin Ermənistanla keçirdiyi ikitərəfli birbaşa görüşlər uğurlu nəticə verməkdədir. Bu format regional əməkdaşlıq üçün də faydalı ola bilər. Çünki Ermənistanın nicat yolu Azərbaycan və Türkiyədən keçir.(Report)

Son xəbərlər

Nyu-Yorkda şaxtalı hava səbəbindən Hudson çayı donub, şəhərdə həyat iflic olub

Avropa Liqası: "Yunayted” “Rencers”ə, “Latsio” “Sosyedad”a qarşı

Tramp Kennedinin qətli ilə bağlı məxfi materialların açıqlanmasına dair sərəncam imzalayıb

Türkiyə ordusunun əsgəri şəhid oldu

Trampa ilk zərbə

Fransada “Charlie Hebdo”nun keçmiş redaksiyasına hücum edən şəxs 30 il həbsdə qalacaq

“Qarabağ”ı araşdırmışdıq” - FCSB-nin baş məşqçisi

Leyla Əliyeva Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən tədbirdə - Fotolar

“Bəxt sözünü qəbul etmirəm” - Qurban Qurbanov

Oba köçüb, yurdu qalıb... - Fotolar

Mariya Zaxarova: Hələlik Tramp administrasiyasının Cənubi Qafqazla bağlı siyasətini proqnozlaşdırmaq çətindir

İlkin də onların qurbanlarından biridir

ABŞ-nin Azərbaycandakı səfiri ilə görüşmək istədi, həbs olundu

Rüşvət alan hakim məhkəmə zalında həbs edildi

Türkiyədə hoteldə yanğınla bağlı saxlanılanların sayı 12-ə çatıb

Arzu Yaqub qızı : Gözlərində - FOTO

Meydana şəhid övladları ilə çıxdılar - Foto

KÖVRƏK DUYĞULARA BƏLƏNMİŞ ÖMÜR - FOTO

ABŞ Prezidenti: NATO ölkələri ÜDM-nin 5 faizini müdafiəyə xərcləməlidir

Azərbaycan Basketbol Liqasının XII turunda "Sabah" "Neftçi"yə qalib gəlib

Tramp neft qiymətlərinin aşağı salınmasına nail olmaq niyyətindədir

Tanınmış tiktoker həbs edildi - FOTO

Avropa Liqası: “Qarabağ” və FKSB-nin start heyətləri açıqlanıb

Dövlət sirrinə aid edilən məlumatların siyahısı genişləndirilib

“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”nə dəyişiklik olunub

Əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı genişləndirilib

KTN Aparatı və dövlət aqrar inkişaf mərkəzlərinin işçilərinin say həddi artırılıb

Əməkdar artistin oğlu soyuqdəymədən vəfat etdi - FOTO

Bütün xəbərlər
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031