HEKAYƏ...

Şəhla Xəlilqızı : Qaytar eşqimi sevmək istəyirəm.. - FOTO
Ələkbər səhər tələsik durdu ki, mağazada bir-iki saat hərlənib Südabənin görüşünə bir qutu şokoladla gedim ki, o ac olmasın. Ələkbər demək olardı ki, hər görüşə gedəndə şokolad aparırdı. Mağazaya gələn ən təzə və keyfiyyətli şirniyyatlardan başdan alıb qırağa qoyardı ki, sonra yaddan çıxıb satılmasın.
Bu Ələkbər eşqinə olan böyük sevgisindən irəli gəlirdi Bu gündə öz qaydası ilə işini yola verib mağazanı işçi yoldaşı Hikmətə həvalə edərək yola çıxdı.Tələsirdi Südabəni görməyə. Hər gün dar-ara küçələrlə tütün talasına getməyə tələsirdi. Üzü payıza doğru idi. Tütünlük qalxmış, boy atmış və görünməyi müşkül idi. Camaat hərə öz işində idi. Hamı da bilirdi ki, bu iki gənc biri-birinə aşiqdi.
Şəhla Xəlilqızı : Qaytar eşqimi sevmək istəyirəm.. - FOTO

Ələkbər yaraşığı dillər əzbəri idi. Hündür boy, saçları qap-qara şivə kimi üzü elə bil aydan nur almışdı. Çox qızların könlündən keçib onun sevgilisi olmağı arzu edirdi. Tay tayını tapar deyər Südabə də ondan geridə qalmırdı. Günəşin şəfəqləri kimi şölə saçan üzü, hilal qaşlı qırmızı yanaq uzun hörüklü kənd gözəlidir.Ələkbər gəlib Südabə gilin tütünlüyünə çatanda hənirti eşitdi. Sakit durdu düşündü Südabənin bacısı Səlimədir. Səssiz yarpaqları dərilməmiş tütünlükdə gizləndi.Səs onun bacısı Səlimənin deyildi.Bu Hafiz kişinin qızı Gülbəyim idi. Südabənin sərt danışmasını eşidən Ələkbər əvvəl getmək istədi sonra nəsə fikirləşib dinməzcə durdu. Birdən Gülbəyimin səsi yaxınlıqdan gəldi. Elə bil qəsdən deyirdi ki, Ələkbər eşitsin. Biz dediyimizi yeridənik fikirləş peşman olmazsan dedi və tütünlüyün orta aralığından başı yuxarı getdi. Gülbəyim gil tütün əkməmişdi. Onun atası ferma müdürü idi. Anası sağıcı idi.
Gülbəyim gedən kimi Ələkbər özünü Südabəyə yetirdi. Südabə gözləri yaşla dolu çohrəsi solğun vəziyyətdə donub qalmışdı. Yağışdan əvvəl dolmuş buludlar kimi.
Ələkbər buna yaxınlaşıb salam verdi. Südabə eşitməyən kimi, donub qaldı. Ələkbər yavaşca qolundan tutanda Südabə yuxudan ayıldı. Ələkbəri qucaqlayaraq hönkürtü ilə ağladı. Ələkbər onu sakinləşdirməyə çalışsa da Südabə susmaq bilmirdi. Elə hey Ələkbəri bağrına basıb qucalayırdı. Heç his etmirdi ki, tütünlü şiriş əlləri Ələkbərin ağ köynəyini pis günə qoyar. Ələkbər bir təhər Südabəni kiritdi.Nə olub ay qız, ciyərim ağzıma gəldi. De görüm Gülbəyim nə deyib sənə ki, sən özünü toparlaya bilmirsən.
Ardı var.

Son xəbərlər

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930