MOK-un vitse-prezidenti: Hidayət Heydərovun qələbəsi Azərbaycan idmanı üçün böyük uğurdur
Hidayət Heydərovun qələbəsi Azərbaycan idmanı üçün böyük uğurdur.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan cüdoçusu Hidayət Heydərovun (73 kiloqram) "Paris-2024" Yay Olimpiya Oyunlarında qızıl medal qazanması ilə bağlı danışarkən deyib.

O, 28 yaşlı idmançının fəxri kürsünün ən yüksək pilləsi uğrunda çox əziyyət çəkdiyini bildirib: "Ağır döyüşlər keçirdi. Fransalı idmançıya qarşı əzmkar mübarizə nümayiş etdirdi. Demək olar ki, əsl xarakter və tam şəkildə bacarığını göstərə bildi. Bunun sayəsində qalib gəldi. Mən inanıram ki, onun qələbəsi bütün Azərbaycan xalqını sevindirib. Bu gün əsl bayramdır. Bu, ilk uğurumuzdur, amma ümid edirəm ki, son olmayacaq. Bütün olimpiyaçılarımızdan yaxşı nəticələr gözləyirik".

MOK rəsmisinin sözlərinə görə, H.Heydərovun məhz fransız idmançı üzərində qələbə qazanması fərəh hissinə səbəb oldu: "Fransızlar öz təmsilçisini yaxşı dəstəkləyirdilər. Buna baxmayaraq, onlar mükafatlandırma mərasimində Dövlət Himnimiz səslənən zaman ayaqüstə alqışladılar. Bu, doğurdan da qürurverici və unudulmaz bir an idi".

Çingiz Hüseynzadə Paris Olimpiadasında iştirak edən digər idmançılarımızın da şanslarını dəyərləndirib: "Bildiyimiz kimi, boksçumuz Alfonso Dominqes (92 kiloqram) çox çətin rəqibə qarşı mübarizə apardı və nəticədə qalib gəldi. Digər növlərdə ölkəmizi təmsil edən idmançılarımızdan da yüksək nəticələr görmək istəyirik. Təbii ki, Olimpiada kimi mötəbər turnirdə sadəcə medal qazanmaq deyil, 5-6-cı yer tutmaq belə böyük uğur sayılır. Basketbolçu qızlarımızın da yaxşı çıxış edəcəyinə inanırıq. Bu yarışlarda ümumilikdə 9 medala ümid edirəm. Fikrimcə, Parisdəki nəticələrimiz Tokiodakından daha çox olacaq. Təbii ki, istərdim mükafat sayı 9-dan da artıq olsun. Lakin hazırkı proqnozlar bunu göstərir".

Qeyd edək ki, Paris Olimpiadasına avqustun 11-də yekun vurulacaq.Hidayət Heydərovun qələbəsi Azərbaycan idmanı üçün böyük uğurdur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan cüdoçusu Hidayət Heydərovun (73 kiloqram) "Paris-2024" Yay Olimpiya Oyunlarında qızıl medal qazanması ilə bağlı danışarkən deyib.

O, 28 yaşlı idmançının fəxri kürsünün ən yüksək pilləsi uğrunda çox əziyyət çəkdiyini bildirib: "Ağır döyüşlər keçirdi. Fransalı idmançıya qarşı əzmkar mübarizə nümayiş etdirdi. Demək olar ki, əsl xarakter və tam şəkildə bacarığını göstərə bildi. Bunun sayəsində qalib gəldi. Mən inanıram ki, onun qələbəsi bütün Azərbaycan xalqını sevindirib. Bu gün əsl bayramdır. Bu, ilk uğurumuzdur, amma ümid edirəm ki, son olmayacaq. Bütün olimpiyaçılarımızdan yaxşı nəticələr gözləyirik".

MOK rəsmisinin sözlərinə görə, H.Heydərovun məhz fransız idmançı üzərində qələbə qazanması fərəh hissinə səbəb oldu: "Fransızlar öz təmsilçisini yaxşı dəstəkləyirdilər. Buna baxmayaraq, onlar mükafatlandırma mərasimində Dövlət Himnimiz səslənən zaman ayaqüstə alqışladılar. Bu, doğurdan da qürurverici və unudulmaz bir an idi".

Çingiz Hüseynzadə Paris Olimpiadasında iştirak edən digər idmançılarımızın da şanslarını dəyərləndirib: "Bildiyimiz kimi, boksçumuz Alfonso Dominqes (92 kiloqram) çox çətin rəqibə qarşı mübarizə apardı və nəticədə qalib gəldi. Digər növlərdə ölkəmizi təmsil edən idmançılarımızdan da yüksək nəticələr görmək istəyirik. Təbii ki, Olimpiada kimi mötəbər turnirdə sadəcə medal qazanmaq deyil, 5-6-cı yer tutmaq belə böyük uğur sayılır. Basketbolçu qızlarımızın da yaxşı çıxış edəcəyinə inanırıq. Bu yarışlarda ümumilikdə 9 medala ümid edirəm. Fikrimcə, Parisdəki nəticələrimiz Tokiodakından daha çox olacaq. Təbii ki, istərdim mükafat sayı 9-dan da artıq olsun. Lakin hazırkı proqnozlar bunu göstərir".

Qeyd edək ki, Paris Olimpiadasına avqustun 11-də yekun vurulacaq.

Son xəbərlər

Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə

Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

İllərdir səhv edirik: İsti yeməyi soyuducuya qoymaq olmaz, doğrudanmı?

Uşaqlar üçün fərdi, yoxsa qrup dərsləri daha faydalıdır?

Komaya düşdüyü deyilirdi - Çinə səfər etdi

Sabah Bakıda yağış yağacaq

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb

Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir

Süni intellektlə 371 kitab buraxan yazıçı milyonçu oldu

Hörmüz boğazında iki tanker minaya düşüb

Onu öldürmək üçün 49 dəqiqə damarını axtarıblar - Uğursuz edamın detalları

Oleşkidə atəşkəslə bağlı razılığa gəldilər - Melaniya Trampın iştirakı ilə

1 həftə ərzində İtaliyanın cənubunda 60 zəlzələ olub

Qəzzaya ayrılan pulları yeyiblər? - Türkiyə Dəyanət Vəqfindən açıqlama

Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı

Pezeşkian Putinlə görüşəcək

Bakıda ilk kazinonun açılacağı tarix bəlli oldu

Orbanın qızı ölkəsindən qaçdı

Akif Əyyubov dünyasını dəyişdi

SƏSSİZ TƏHLÜKƏ: SOSİAL ŞƏBƏKƏLƏRDƏ DEZİNFORMASİYA

Bir qızın ürəyində Laçın nisgili, barmaqlarında muğamın nəfəsi... - FOTOLAR

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Qazancına görə bütün futbolçuları geridə qoydu

Bir şəhidin adını daşıyan balaca Səlimdən geriyə acı xatirələr qaldı…

Google telefon nömrənizi xəbəriniz olmadan istifadə edir: necə deaktiv etmək olar

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031