Azərbaycanda nağdsız ödənişlərdə problem yarandı
Azərbaycanda nağdsız ödənişlərdə problem yaranıb.
Turaztv.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hazırda pos-terminallarla ödəniş etmək mümkün deyil.
İctimai iaşə obyektlərində kartla ödəniş mümkün olmadığından, ödəniş nağd şəkildə tələb olunur.
Problemin nədən qaynaqlandığı sual olaraq qalır.