XİN: Makronun Ermənistanın hərbiləşdirilməsinə haqq qazandıran fikirləri sülh prosesinə mane olmaq cəhdidir
Təəssüf ki, Fransa Prezidenti Emmanuel Makronun Avropa Siyasi İcmasının Zirvə toplantısında Ermənistanın hərbiləşdirmə siyasətinə haqq qazandıran və Azərbaycana qarşı açıq qərəzli mövqe nümayiş etdirən fikirləri Fransanın regionda gərginlik yaratmaq və sülh prosesinə mane olmaq cəhdlərinin daha bir bariz nümunəsidir.

Turaztv.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan XİN-nin mətbuat katibi Ayxan Hacızadə bildirib.

Fransa tərəfinə xatırladırıq ki, Azərbaycanın suveren ərazilərində Ermənistanın 30 il davam edən işğalına son qoymaq, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bərpa etmək üçün apardığımız müharibə ölkəmizin beynəlxalq hüquq çərçivəsində legitim hüququ idi. Azərbaycanın istənilən səyi, o cümlədən hərbi potensialının gücləndirilməsi ədalətli məqsədə yönəlib və yönəlməkdədir. Lakin, bunu işğalçı dövlət olan Ermənistana münasibətdə söyləmək olmaz.

30 ilə yaxın Azərbaycan ərazilərini işğal altında saxlayan, bir milyona yaxın azərbaycanlını öz doğma yurd-yuvasından didərgin salmış, kütləvi qırğınlar və insanlığa qarşı cinayətlər törətmiş Ermənistanın Fransa tərəfindən sülhsevər ölkə kimi təqdim etməsi bu ölkənin həm vasitəçilik dövründə, həm də 44 günlük vətən müharibəsindən sonra apardığı siyasətin nə qədər ədalətsiz olduğunu nümayiş etdirir.

Onu da xatırlatmaq istərdik ki, münaqişənin sülh yolu ilə həllinə töhfə verməyən, Ermənistanın Azərbaycan ərazilərinin işğalına son qoymağın qarşısını alan məhz Fransa kimi dövlətlərin Ermənistanın 30 ilə yaxın müddətdə təcavüzünü ört-basdır edən siyasəti olub.

Qeyd olunanları nəzərə alaraq bir daha bildiririk ki, Fransanın sülhə xidmət etməyən və regionda sabitliyi pozan səyləri heç bir nəticə verməyəcək.

Son xəbərlər

Şəhid adı arxasında gözlənilən idarəçilik böhranı -Şərafəddin İLKİN yazdı

"Meloni yaxın günlərdə Bakıya gələcək"

Prezidentin qızları və gəlini İncəsənət Məktəbində - Fotolar

Heydər Əliyevlə xanımının yeni - Fotoları

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

İstirahət günü hava necə olacaq?

Ürəyiniz sağlam, ömrünüz uzun olsun - Alimlər çarəni tapdı

"Hər kəs çətin şəraitdə yaşayarkən, lüks həyatımı göstərmirəm" - Sabancı

Dünyanın ən böyük stadionudur, amma futbol qadağandır - Fotolar

62 ölkədən olan diplomatlar "Laçın Aqro-Sənaye Parkı"nda olublar

“Mən kral nəslindənəm”

O serialla bağlı qərar verildi

Manatla bağlı dəyişiklik: Qiymətlərə necə təsir edəcək?

Saxta dərmanlar dövrü başa çatır? - Yeni nəzarət sistemi işə düşür

VAQİF VÜQAR : Oxu məni gələcəyin üzündə... - FOTO

AZAL Təl-Əvivə uçuşları bərpa edir

DİN həftəsonu bölgələrə səfərə çıxan sürücüləri diqqətli olmağa çağırıb

MM Komissiyası: Ermənipərəst dairələr Ermənistanla Azərbaycan arasındakı kövrək sülh prosesinə zərbə vurmağa çalışır

Balakəndə AĞIR QƏZA – Sürücü həyatını itirdi

Diplomatik korpusun nümayəndələri Şuşadakı xalça muzeyi ilə tanış olublar

BİZİM TƏQVİM:Mayın 2-də baş vermiş tarixi hadisələr

Balakəndə ağır qəza nəticəsində 1 nəfər ölüb

CNN: İranın zərbələri Yaxın Şərqdəki 16 ABŞ hərbi obyektinə zərər vurub

“Halef”dən gedir - FOTO

"Kayıp zaman" daha bir sima - FOTO

Ağ Ev İranla müharibənin bitdiyini Konqresə təqdim etdi

Texasda təyyarə qəzaya uğrayıb, göyərtəsindəki 5 nəfər ölüb

Media: Tramp Konqresə İrandakı əməliyyatın başa çatdığını bildirib

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031