Xəbərlər
8.07.2024, 21:59
Dağıstandakı hücumlarda şübhəli bilinən şəxslərə qarşı terrorizm maddəsi ilə cinayət işi açılıb
Mahaçqala və Dərbənddə törədilən hücumların iştirakçıları terrorda ittiham ediliblər.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsi məlumat yayıb.
“Rusiya İstintaq Komitəsi iyunun 23-də Mahaçqala və Dərbənddə baş vermiş silahlı basqın faktları ilə bağlı başlanmış cinayət işinin istintaqını davam etdirir. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci (terror aktı) maddəsi ilə cinayət işi açılıb və hadisəni törətməkdə şübhəli bilinənlər məhkəmə tərəfindən həbs ediliblər. Digər şəxslərin, o cümlədən ictimaiyyətin diqqətini cəlb edən şəxslərin terror aktında əli olub-olmaması yoxlanılır. İstintaq hərtərəfli və obyektiv araşdırma aparacaq ki, bu terror aktlarının iştirakçılarının heç biri cinayət məsuliyyətindən yayınmasın”, - deyə məlumatda bildirilir.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay