Akademik: Zəngəzur dəhlizinin astanasında bu tədbirin böyük ictimai-siyasi əhəmiyyəti var
“Qərbi Azərbaycana qayıdış” festival-konqresi Prezident İlham Əliyevin Qərbi Azərbaycana qayıdış ideyasından sonra həyata keçirilən ən möhtəşəm tədbirlərdən biridir. Tədbirin Naxçıvan Muxtar Respublikasında, xüsusilə də Batabat yaylağında keçirilməsi qayıdışın reallıqlarını həm məntiqi, həm də gerçək mənada ifadə edir. Hesab edirəm ki, Batabatda dünən festival-konqres çərçivəsində keçirilən toy sözün əsl mənasında Qərbi Azərbaycana qayıdışın real təntənəsidir”.

Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna Zəngəzur dəhlizinin astanasında müsahibə verən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli söyləyib.

Akademik deyib: “Qərbi Azərbaycana həsr olunmuş bu konqresdə 300 nəfərdən çox Azərbaycan alimi müxtəlif mövzularda çıxışlar etdi. Bu, Qərbi Azərbaycana elmin qayıdışının çox böyük addımlarıdır. Hesab edirəm ki, konfransın materialları da çox ciddi, ilk böyük Qərbi Azərbaycan külliyyatı olacaq. Bütün bunlar Azərbaycan dövlətinin həyata keçirdiyi Qərbi Azərbaycana qayıdış konsepsiyasının, strategiyasının real olduğunun, bu prosesin milli mənəvi dəyərlərə, azərbaycançılığa, Azərbaycanın bütövlüyünə qayıdışa əməli xidmətin ifadəsidir. Naxçıvanda keçirilən festival-konqresdən çıxan əsas nəticələr bundan ibarətdir”.

“Zəngəzur dəhlizinin astanasında bu festival-konqresin keçirilməsinin böyük ictimai-siyasi əhəmiyyəti var. Azərbaycan Prezidentinin iradəsi ilə Zəngəzur dəhlizinin açılması istiqamətində tədbirlərin həyata keçirilməsinin reallığını bütün Azərbaycan cəmiyyəti, ziyalılar aydın şəkildə görürlər. Həm də buradan baxanda Zəngəzur dəhlizinin doğrudan da Avropa ilə Asiyanı, bizi əhatə edən dövlətləri birləşdirəcək, hamıya faydalı nəqliyyat qovşağı olacağı gözümüz önündə canlanır. Bu, Azərbaycan siyasətinin təntənəsidir, gerçəkliyidir. İnanıram ki, biz ən yaxın zamanda Zəngəzur dəhlizindən keçib Bakıya gedəcək və yaxud Bakıdan Naxçıvana gələcəyik”- deyə AMEA-nın prezidenti əlavə edib.

Son xəbərlər

İnfantino: "Sabah" və "Qarabağ" Azərbaycan futbolunun nə qədər möhtəşəm olduğunu nümayiş etdirdilər"

Türkiyə kəşfiyyatının rəhbəri İrana səfər edəcək

“Real Madrid” səfərdə “Barselona”nı məğlub edib

Britaniyada fırtına səbəbindən 1500-dən çox aviareys təxirə salınıb

Vuçiç uduzduğunu elan edib

Eldəniz Əzizli beşqat dünya çempionu oldu

11 yaşlı britaniyalı şahmatçı dünya rekordunu yenilədi

KÖRPƏ BAXIŞLARIN RUHUMA GƏTİRDİYİ RAHATLIQ - FOTOLAR

Bu ərazilərdə işıq olmayacaq

Amerikalılar Trampa görə pis yaşadıqlarını bildirirlər

Bolqarıstanda prezident seçkilərinin ilkin nəticələri açıqlandı

Balayar SADİQ : Dodaqların simfoniyası - FOTO

Adilə Aslan : Mənə şair deyirlər - FOTO

ATLAZ RZAYİ: CƏLİLABAD ƏDƏBİ MÜHİTİNİN SAFLIQ VƏ SƏMİMİYYƏT NÜMUNƏSİ

PÜSTƏ RƏVAN : QARABAĞ ŞƏHİDLƏRİ - FOTO

VƏTƏNİN ÜRƏYİNDƏ QALAN AĞRI - FOTOLAR

Əfqanıstanda zəlzələ oldu

Deputat Arzuxan Əli-zadənin oğlu Əhməd Əli-zadə həbs edilib - YENİLƏNİB

Növbəti üçtərəfli görüş gözlənilir

Prezident Tokayevi təbrik etdi

Türkiyədə narkotik əməliyyatında külli miqdarda narkotik və pul müsadirə edildi

TikTok-la bağlı qadağa həyəcanı: Bu şəxslər istifadə edə bilməyəcək

Qızılı çox olanlara pis xəbər

Ərdoğan Oktay Saralı vəzifəsindən azad etdi - Açıqlama

15 illik həsrətə son qoyan adam! - Fotolar

Murtuz Fərhadoğlunun vaxtsız ölümü onu tanıyan hər kəsi dərin kədərə qərq etdi - FOTO

Oktyabrın 26-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb

"Ceyms Bond"un aktrisası görmə qabiliyyətini itirib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031