Həbs edilən icra başçısı kitab oxumağa başlayıb
Ötən il Azərbaycanda islahat ili kimi yadda qaldı. 2019-cu ildə eyni zamanda qanunsuz əməllərlə məşğul olan məmurlar, icra başçılarına da qanuna müvafiq cəza verildi.

Belə ki, ötən il Dövlət Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi xüsusi əməliyyatla Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev, onun müavini Ramiz Tatarov və Yevlağın sabiq başçısı Qoca Səmədov həbs olundular. Hazırda həbsdə olan bu məmurlar ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əmək haqqı kartlarını ələ keçirib mənimsəmədə, səhiyyə, təhsil və digər yerli dövlət təsisatlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsini nağdlaşdırmaqda və digər qanunsuzluqlar törətməkdə şübhəli bilinərək həbsə alınıblar.

Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı, hazırda həbsdə olan Nizaməddin Quliyevin hakim oğlunun səhhətində problem yaranıb.

Bu barədə məlumat yayan unikal.org bildirib ki, Nərimanov Rayon Məhkəməsinin hakimi Ramin Quliyev səhhəti ilə bağlı bülletenə çıxıb. Bir müddət öncə isə Nərimanov Rayon Məhkəməsinin hakimi Ramin Quliyevin icraatında olan işlər ondan alınaraq başqa hakimlərə həvalə olunub. Nərimanov Rayon Məhkəməsindən məlumatı təsdiqləyiblər.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Dövlət Təhlükəsizlik Xidmətinin müvəqqəti saxlanma yeri və İstintaq Təcridxanasında monitorinq keçirib.
Bu barədə "Trend”ə komitə sədri Tural Hüseynov məlumat verib.

Onun sözlərinə görə, monitorinq zamanı orada saxlanılan şəxslərin səhhəti, saxlanma şəraiti, rəftar və digər zəruri məsələlərlə maraqlanıblar: "Monitorinq mən və komitənin sədr müavini Elçin Şirinov tərəfindən keçirildi. Saxlanılan şəxslərdən əsasən Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev, onun müavini olmuş Ramiz Tatarov, Yevlax rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov, Dövlətə xəyanətdə təqsirləndirilən Fəxrəddin Abbasov və ”Xəbərman" qəzetinin baş redaktoru Polad Aslanovla görüşdük.

Ümumiyyətlə, təcridxanada saxlanılan şəxslərin hər biri ilə fərdi görüşüb onların vəziyyəti ilə maraqlandıq. Saxlanılanların heç biri saxlanma şəraiti, qida, rəftar və digər məsələlərdən şikayət etmədi. Nizaməddin Quliyev təcridxanada mütaliə ilə məşğuldur, özünü yaxşı hiss edir, Qoca Səmədov saxlanma şəraiti və qidadan razılıq edir, Ramiz Tatarov da heç nədən narazı deyildi.

Bununla yanaşı, Fəxrəddin Abbasov və Polad Aslanov da saxlanma şəraitindən razıdır. Saxlanılan şəxslərin olduğu kameralar hər cür şəraitlə təmin olunub, kameralarda televizorlar da var idi. İstilik sistemi, rahatlığı normaldır, ayrılmış vaxtlarda gəzintiyə çıxırlar. Saxlanılan şəxslər dedilər ki, hər şey normaldır, ayda 2 dəfə ailə üzvləri ilə görüşürlər, vəkillə də istədikləri vaxt görüşmək imkanları var".

İlkin məlumatlara görə, icra başçılarına Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə), 311.3-cü (rüşvət alma - külli miqdarda törədildikdə), 308-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham ittiham irəli sürülüb.

"Yeni Müsavat”a danışan hüquqşünas Əsabəli Mustafayev bildirib ki, icra başçıları ilə bağlı ictimaiyyətə məlumat açıqlanmalıdır:

"Bu hadisə elədir ki, ictimaiyyətə maraqlıdır. Əvvəlcədən də cəmiyyətə onlarla bağlı geniş məlumat verildi. Lakin sonradan məlumatlar verilmədi. Kənar hüquqşünasların, vəkillərin məlumat alması qeyri-mümkündür. Lakin jurnalist sorğularına cavab verilib, ictimaiyyəti məlumatlandıra bilərlər. Bu da olmalıdır. Çünki məsələ ictimaiyyətin marağındadır.

Çox təəssüf ki, bəzi hallarda ictimaiyyətin xəbəri olmur və həbs edilənlər sonradan azadlığa buraxılır. Ona görə də yaxşı olardı ki, ictimaiyyət aparılan işlərlə bağlı zamanında məlumatlandırılsın. Vətəndaş olaraq bu hadisəni mən də izləyirəm. Biz bunu belə qəbul etdik ki, hadisə digər icra başçıları üçün də dərs olar. Yəni digərləri də onlara baxıb, korrupsiyaya, rüşvətə bulaşmazlar. Hazırda sanki gərginliyin götürüldüyü hiss edilir”.

Məlumatlar yayılır ki, pulu olan bu kimi şəxslər həbsxanalarda özləri üçün xüsusi şərait yaradırlar. Lakin hüquqşünas Əsabəli Mustafayev bildirib ki, DTX-nın müvəqqəti saxlanma yerində məhbuslara ayrı-seçkilik edilmir:

"Təcrübəmdə də görmüşəm ki, orada heç kimə üstünlük verilmir. Yəni bütün məhbuslar eyni şəraitdə saxlanılır. Kürdəxanıda, Şüvəlanda olanda bəziləri pul hesabına müəyyən üstünlük əldə edirdilər.

Ancaq DTX-da hansısa imkanlar yoxdur ki, kiməsə üstün şərait yaratsınlar. Buna görə də hesab edirəm ki, icra başçıları da sıravi saxlanılanlarla eyni vəziyyətdədir”.

Son xəbərlər

Azərbaycan və Gürcüstan XİN başçıları Cənubi Qafqazın əhəmiyyətini müzakirə ediblər

Şahbaz Şərif ABŞ, İsrail və İranı gərginliyin azalması üçün dialoqu davam etdirməyə çağırıb

Türk Dünyası Ali Təhsil Məkanının yaradılması istiqamətində müzakirələr aparılıb

Növbəti dörd gündə bəzi rayonlarda hava yağıntılı olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Türkiyə XİN: Azərbaycan və Ermənistanın sülh üçün iradəsi bölgədə önəmli hesab edilir

Şuşada abidələrin razılaşdırılmadan başqa yerə köçürülməsi qadağan olunacaq

Eldar Əzizovun oğluna yüksək vəzifə verildi - FOTO (YENİLƏNİB)

"Kiyev sülh prosesini ləngidir" - Peskov

Sosial şəbəkələrlə bağlı yeni QƏRAR: 50 min manatlıq cərimə GƏLİR

Bu tarixlərdə iki güclü maqnit qasırğası olacaq

Azərbaycanda bu ərazilərdə TikTok-a giriş qadağan olundu

İyunun 8-i Ümumdünya Okeanlar Günüdür

İkinci görüşün Ermənistanda keçirilməsini təklif etdi

QIZBƏS QƏBƏLƏ : VARLILAR ÜÇÜN SIĞINACAQLAR - FOTO

İran Tehrana növbəti hücum barədə məlumat yayıb

Hicran Fuad Əhmədli : Yolumda yolsuzlar önümü alıb - FOTO

Təbriz küçəsində genişmiqyaslı layihənin icrasına başlanılır

Fransaya casusluqda təqsirləndirilən Martin Ryanın apellyasiya prosesinin vaxtı müəyyənləşib

MM-də sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunması üçün cərimələrin müzakirəsinə başlanılıb

General-mayor Namiq Bayramov: Hərbi Hava Qüvvələri gündən-günə güclənir

Bakıda yük maşını piyadanı vurub

Bakının iki rayonunda işıq olmayacaq

Bakının bir sıra yollarında tıxac yaranıb

Nəticələr elan olunmamış Paşinyanı təbrik etdi

İraqda zəvvarları daşıyan avtobus yandı - 25 nəfər öldü

Halk Hoqanın 11 ay sonra ölüm səbəbi açıqlandı

Nişanından bir ay keçməmiş həbs olundu

Tolqa Sarıtaş "Teşkilat"dan ayrılır?

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930