Müstəqillik Günü münasibətilə yaddaqalan konsert proqramı təqdim olunub
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 28 May- Müstəqillik Günü münasibətilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri və Xoru geniş konsert proqramı ilə çıxış edib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə dahi alman bəstəkarı Lüdviq van Bethovenin 9-cu simfoniyası uzun fasilədən sonra yenidən səslənib.

2024-cü il bu ölməz əsərin bütün dünyada ən nüfuzlu orkestrlərin ifasında səsləndiyi bir il kimi yadda qalacaq. Çünki əsər ilk dəfə 200 il əvvəl (1824) məhz may ayında bəstəkarın özünün dirijorluğu ilə Vyanada ifa olunub. Bu səbəbdən 2024-cü il 9-cu simfoniyanın premyerasının yubiley ili kimi bütün musiqi ictimaiyyəti üçün əlamətdardır.

Bu əsər L.Beethovenin həyatının elə illərində yazılıb ki, (1822-1824) bəstəkar təbiətdə və kainatdakı bütün səslərdən məhrum olmuşdu və sadəcə öz daxili dünyasındakı musiqini eşidirdi. Bütün həyatını, sağlamlığını həsr etdiyi ümumbəşəri musiqini...

Bu klassik dörd hissəli simfoniya, eyni zamanda bəstəkarın son simfoniyası bir xüsusiyyəti ilə musiqi tarixində yeni bir yol açır. Dahi Beethoven ilk dəfə simfoniyaya insan səsi, yəni xor əlavə edir. Hələ gənclik illərindən yaradıcılığına, xüsusilə də poeziyasına heyran olduğu F.Şillerin “Sevincə doğru” şeirini öz kosmik musiqisi ilə simfoniyanın sonuncu hissəsinə “hörür”.

İki dahi insanın yaradıcılığından bir parça olan bu əsərə Opera və Balet Teatrının kollektivinin müraciət etməsi və geniş ictimaiyyət qarşısında səsləndirməsi böyük cəsarətdir.

Bu konsert həm də Respublika Gününə həsr olunması ilə əlamətdar, xüsusi bir məna qazanmışdı. Bu tarixi gün münasibətilə bu tarixi əsərin səslənməsi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyinin və kollektivinin möhtərəm addımı kimi qiymətləndirilməlidir.

Şübhəsiz ki, bütün cəsarətli addımların arxasında peşəkar komanda işi dayanır. Bu uğurlu və unudulmaz işin öhdəsindən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri və Xoruna, xormeyster, Əməkdar İncəsənət xadimi Sevil Hacıyevaya, solistlərə- Faitmə Cəfərzadə (soprano), Elmina Həsənova (mezzo-soprano), Əliəhməd İbrahimov (tenor), Anton Ferştand (bariton) və dirijor kürsüsündə bir saata yaxın bu təkrarsız ifanın memarı olan Əməkdar artist Əyyub Quliyev böyük məharətlə gəldilər.
Müstəqillik Günü münasibətilə yaddaqalan konsert proqramı təqdim olunub
Müstəqillik Günü münasibətilə yaddaqalan konsert proqramı təqdim olunub
Müstəqillik Günü münasibətilə yaddaqalan konsert proqramı təqdim olunub

Son xəbərlər

Süni intellektlə 371 kitab buraxan yazıçı milyonçu oldu

Hörmüz boğazında iki tanker minaya düşüb

Onu öldürmək üçün 49 dəqiqə damarını axtarıblar - Uğursuz edamın detalları

Oleşkidə atəşkəslə bağlı razılığa gəldilər - Melaniya Trampın iştirakı ilə

1 həftə ərzində İtaliyanın cənubunda 60 zəlzələ olub

Qəzzaya ayrılan pulları yeyiblər? - Türkiyə Dəyanət Vəqfindən açıqlama

Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı

Pezeşkian Putinlə görüşəcək

Bakıda ilk kazinonun açılacağı tarix bəlli oldu

Orbanın qızı ölkəsindən qaçdı

Akif Əyyubov dünyasını dəyişdi

SƏSSİZ TƏHLÜKƏ: SOSİAL ŞƏBƏKƏLƏRDƏ DEZİNFORMASİYA

Bir qızın ürəyində Laçın nisgili, barmaqlarında muğamın nəfəsi... - FOTOLAR

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Qazancına görə bütün futbolçuları geridə qoydu

Bir şəhidin adını daşıyan balaca Səlimdən geriyə acı xatirələr qaldı…

Google telefon nömrənizi xəbəriniz olmadan istifadə edir: necə deaktiv etmək olar

Evinizdəki "Wi-Fi" sizi izləyə bilər – Divarların arxasını görən texnologiyanın sirri

Hər soyuducuda olan bu məhsullar xərçəng riskini artırır

Avropa çempionatı: Üç boksçumuz finala yüksəlib, ikisi bürünc medal qazanıb

Lilpar Cəmşidqızı : Qəlbimin nurunu çöhrəmdə çəkibdir Rəssam,

Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb

Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir

Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq

Sazın və Sözün Şirvan Zirvəsi

Salyanda avtoqəza olub, ölən və yaralananlar var

MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək

“Əsas müttəfiqiniz Mehriban xanımdır”

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031