Xəbərlər
18.05.2024, 00:00
ABŞ Ukraynaya silah tədarükü üzrə qrupun iclasını keçirəcək
ABŞ mayın 20-də Ukraynaya silah tədarükünün əlaqələndirilməsi üzrə Qərb Təmas Qrupunun növbəti iclasını keçirəcək.
Turaztv.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Pentaqon mətbuat xidmətinin açıqlamasında deyilir.
"ABŞ-nin müdafiə naziri Lloyd Ostin və Silahlı Qüvvələrin Qərargah Rəisləri Komitəsinin sədri general Çarlz Braun mayın 20-də Pentaqonda Ukrayna üzrə əlaqə qrupunun virtual görüşünü keçirəcəklər", - sənəddə qeyd olunur. Bu, 2022-ci ilin aprel ayından etibarən Ukrayna üzrə Təmas Qrupunun 22-ci görüşü olacaq.
Məsləhətləşmələrdə müdafiə qurumlarının rəhbərləri və 50-yə yaxın ölkənin qərargah rəisləri iştirak edəcək.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay