Tayvanda güclü zəlzələ baş verib
Tayvanda 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Hualien şəhərindən 6 kilometr şərqdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.