Xəbərlər
14.04.2024, 21:52
ABŞ Dövlət katibinin müavini Türkiyəyə səfərə gəlir
ABŞ Dövlət katibinin müavini Con Bass aprelin 15-16-da Türkiyəyə səfər edəcək. Səfər Türkiyənin xarici işlər nazirinin müavini Burak Akçaparın dəvəti ilə baş tutacaq.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Türkiyənin Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, səfər çərçivəsində keçiriləcək görüşlər zamanı martın 7-8-də Vaşinqtonda keçirilmiş VII ABŞ-Türkiyə Strateji Mexanizm üzrə görüşdə qərarlaşdırılan mövzular başda olmaqla ikitərəfli münasibətlərin müzakirəsi planlaşdırılır.
Bununla yanaşı, regional və qlobal hadisələr, o cümlədən İsrail ilə Fələstin arasında davam edən qarşıdurmadakı son vəziyyət ətrafında da fikir mübadilələrinin aparılması gözlənilir.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay