Bakıda dəmiryolu xətləri buna görə sökülürmüş: Hibrid yaşıl dəhliz YARADILIR - PLAN


Bir müddət əvvəl sosial şəbəkədə Bakıda dəmiryolu xətlərinin söküldüyü iddia edilən görüntülər paylaşılıb. Paylaşımda qeyd olunur ki, sökülən dəmiryolu xəttinin yerinə avtomobil yolu salınacaq. Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib ki, texnika işləyən ərazi quruma məxsus deyil. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli isə deyib ki, ərazidə agentlik heç bir iş görmür.

Sözügedən söküntü işləri Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planında yer alan şəhərdaxili hibrid yaşıl dəhlizlərlə əlaqəlidir. 

Beləliklə, Bakıda paytaxtın Baş Planına uyğun olaraq yeni hibrid yaşıl dəhlizin yaradılmasına başlanılıb. Dəhliz bulvardan Tofiq Bəhramov adına Respublika stadionuna qədər uzanacaq.

Plana əsasən, burada piyada zonaları, ağaclar, velosiped yolları və tramvay xətti olacaq. Dəhlizin yaradılması üçün son illərdə neft çənlərinin çeşidləndiyi keçmiş dəmir yolu stansiyasının ərazisi sökülür.

Layihə şəhərdə sərbəst hava axını təmin etməklə havanın keyfiyyətini və mikroiqlimini yaxşılaşdıracaq. Yaşıllıqların genişləndirilməsi və əlavə yaşıl istirahət zonalarının yaradılması ərazinin dəyərini artıracaq.
Bakıda dəmiryolu xətləri buna görə sökülürmüş: Hibrid yaşıl dəhliz YARADILIR - PLAN

Foto "caliber.az"dan götürülüb

Qeyd edək ki, hibrid yaşıl dəhlizlər gəzinti məsafəsində yerləşən ictimai yaşıllıqların sayını artırmaq və yaşıllıqların az olduğu ərazilərdə yaşıl məkanların sahəsini genişləndirmək üçün tətbiq olunan vasitədir. Bu, eyni zamanda, piyada gəzinti, velosiped və digər aşağı sürətli mobillik vasitələri (məsələn, elektron skuterlər) ilə hərəkəti təşviq edən yaşıl zolaqlar şəbəkəsi yaratmaqla şəhərdə əlaqələndirmənin gücləndirilməsi üçün tətbiq olunan vasitədir. Bundan əlavə, Hibrid Yaşıl Dəhlizlər ictimai nəqliyyat, avtobus nəqliyyatı və tramvay xətləri ilə inteqrasiya olunaraq şəhər daxilində ictimai nəqliyyatın əlçatanlığının artırılmasına da müsbət təsir göstərə bilər.

Baş Planda qeyd olunub ki, hibrid yaşıl dəhlizlər xətti hibrid parklar vasitəsilə Bakını sosial yönümlü bir şəhərə çevirməyə imkan verəcək. Hibrid dəhlizin digər müsbət cəhətləri aşağıdakılardır:

• mövcud tikililər və məhəllələrin dəyərini azaldan, istismardan çıxarılmış yük dəmir yolu xətlərinin aktiv və yüksək keyfiyyətli rekreasiya zonalarına, yaşıllıqlara, görüş məkanlarına və istirahət yerlərinə çevirən katalizator rolu oynayır;

• ictimai xidmətlər və müəssisələr, mədəniyyət təsisatları, ictimai iaşə müəssisələri, yaradıcı sənaye sahələri, iş ofisləri və s.-in inkişafı üçün geniş imkanlar təmin edərək müxtəif ərazilərdə həyat keyfiyyətini yüksəltməyə və yeni şəhər iqtisadiyyatını stimullaşdırmağa kömək edir;

• şəhər ərazisində “istilik adası” effektinin azaltmağa, soyuq və təmiz hava kanalları rolu oynamaqla şəhərin iqlim şəraitini və hava keyfiyyətini yaxşılaşdırmağa kömək edir. Bu dəhlizlər insanlara təbiətlə təmasda olmağa imkan verməklə yanaşı şəhərdə mövcud biomüxtəlifliyin və təbii yaşayış mühitlərinin artırılmasına kömək edir;

• davamlı infrastruktur şəraitinin qurulması üçün zəruri dəhlizlər təmin edir (məsələn, su təchizatı qurğuları, sututucu hövzələr, drenaj sistemləri, kanalizasiya və tullantı su kanalları).

Təklif olunan 28 May Dəhlizi layihəsinə əsasən, istismardan çıxarılmış dəmir yolu xəttlərinin şəhərdaxili hibrid yaşıl dəhliz kimi inkişafı təklif edilir. Dəhliz xətti park vasitəsi ilə Gənclik metro stansiyasının ətrafını Bakı limanı və Bakı Bulvarı ilə birləşdirəcək və burada tramvay xətləri və ictimai yaşıllıq marşrutları, istirahət, əyləncə, yaşayış (təqribən 15,1 ha) və hətta mədəniyyət və yaradıcılıq sahələri (təqribən 9,7 ha) yaradılacaq. Ümumilikdə 28 May hibrid dəhlizinin xətti parkı təxminən 15,6 ha ərazini əhatə edəcək. Dəhliz yaxınlıqda yerləşən ən azı 24,2 ha ərazi üçün şəhərsalma və ictimai-işgüzar sahələrin inkişafı üçün imkanlar təklif edir.
Bakıda dəmiryolu xətləri buna görə sökülürmüş: Hibrid yaşıl dəhliz YARADILIR - PLAN

Şəhəkənarı hibrid yaşıl dəhlizi - Xocahəsən Nəbatat Parkı

Xocahəsən-Lökbatan Hibrid Yaşıl Dəhlizinin (XL-HYD) inkişafı Xocahəsən gölü və Xocahəsən Nəbatat Parkının bərpası təklifinin davamı kimi nəzərdə tutulur (bax: yuxarıdakı qeydlər). Mövcud su-bataqlıq, subasma zonaları və bioloji növlərin təbii yaşayış yerləri, eləcə də beynəlxalq səviyyədə tanınmış quşların köçetmə məskəni buraya daxildir. XL-HYD-nin təbiət qoruğu (təxminən 459,7 ha), aktiv təmiz hava dəhlizi, subasmalardan qorunma zonası və yerli bitki növlərinin və vəhşi təbiətin qorunduğu herbarium kimi nəzərdə tutulur. Bununla yanaşı, XL-HYD davamlı infrastruktur və ictimai nəqliyyat dəhlizi kimi funksiyalar daşıyır( Modern)

Son xəbərlər

Bu gün “Qızıl top”un sahibi bəlli olacaq

Abşeronda genişmiqyaslı abadlıq-quruculuq işləri davam etdirilir - FOTOLAR

İlham Əliyev Avstriya Prezidentini təbrik edib

Elm və Təhsil Nazirliyi: İranlı nazirin açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir

Boksçumuz Avropa çempionu oldu

Əməkdar artist dövlətdən yardım istədi

“Bakcell eSIM” ilə eyni anda iki nömrədən istifadə edin

Əhalinin nəzərinə: Yağış, ardınca qar gəlir…

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

XƏSTƏLİKLƏRİN ƏSAS SƏBƏBİ BİZ ÖZÜMÜZÜK. EMOSİYALARA HAKİM OLMAMIZ LAZIM

Azərbaycan XİN Avstriyanı Milli Günü münasibətilə təbrik edib

İnfantino: "Sabah" və "Qarabağ" Azərbaycan futbolunun nə qədər möhtəşəm olduğunu nümayiş etdirdilər"

Türkiyə kəşfiyyatının rəhbəri İrana səfər edəcək

“Real Madrid” səfərdə “Barselona”nı məğlub edib

Britaniyada fırtına səbəbindən 1500-dən çox aviareys təxirə salınıb

Vuçiç uduzduğunu elan edib

Eldəniz Əzizli beşqat dünya çempionu oldu

11 yaşlı britaniyalı şahmatçı dünya rekordunu yenilədi

KÖRPƏ BAXIŞLARIN RUHUMA GƏTİRDİYİ RAHATLIQ - FOTOLAR

Bu ərazilərdə işıq olmayacaq

Amerikalılar Trampa görə pis yaşadıqlarını bildirirlər

Bolqarıstanda prezident seçkilərinin ilkin nəticələri açıqlandı

Balayar SADİQ : Dodaqların simfoniyası - FOTO

Adilə Aslan : Mənə şair deyirlər - FOTO

ATLAZ RZAYİ: CƏLİLABAD ƏDƏBİ MÜHİTİNİN SAFLIQ VƏ SƏMİMİYYƏT NÜMUNƏSİ

PÜSTƏ RƏVAN : QARABAĞ ŞƏHİDLƏRİ - FOTO

VƏTƏNİN ÜRƏYİNDƏ QALAN AĞRI - FOTOLAR

Əfqanıstanda zəlzələ oldu

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031