“Yorğunam, məyus deyiləm” - Qurban Qurbanov
“Azarkeşlərimizə təşəkkür edirəm ki, belə bir hava şəraitində bizi tək qoymadılar. Bu gün stadionda böyük futbol ab-havası var idi. Futbolçularıma minnətdaram. Qalib gəlmək şansımız var idi, bərabərliyə nail olduq. Sona kimi dözmək vacib idi, futbolçularım nə qədər gücü var idi, oynadılar. Sadəcə, Elvin, Romao kimi oyunçular çatmadı. Amma hər birindən razı qaldım”.

"Turaztv.az" “Qafqazinfo” -a istinadən xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Bayer”lə matçdan sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:

-Artıq Almaniya futbolu ilə Azərbaycanı müqayisə etmək doğru deyil. Azərbaycan futbolu inkişaf etsə, biz neçə ildən sonra bu səviyyəyə çatacaq?

-Fikir bildirmək çətindir. Alman futbolunda rəhbərlər, futbolçular dəyişir, amma mexanizm davam edir, işlək vəziyyətdə olur, bu önəmlidir. Bizim üçün asan deyil. Biz daha bərk, möhkəm olmaq üçün atacağımız addımlar vacibdir, davamlı olmalıdır. Biz bu gün nə də etsək, onlar bizdən öndədirlər. Amma ayrı-ayrılıqda oyunlara hazırlaşıb nələrsə etmək olar.

-Niyə məyussunuz? Cavab matçı var, Leverkuzendə “Qarabağ” nə qədər döyüşkən olacaq?

- Yorğunam, məyus deyiləm. Futbolçularıma dedim ki, “Bayer”in gücü var, ama biz oradakı oyuna daha çox ciddi hazırlaşmalıyıq. Əsas futbolçularımın sağlamlığıdır ki, daha hazırlıqlı olsunlar. Qarşıdakı oyunu fikirləşirik. Böyük uğurlar əldə etmək üçün böyüklərlə mübarizə aparmaq lazımdır. Onlara qalib gəlmək üçün yaxşı çalışmalıyıq.

- “Qarabağ”ın uğurlarını siyasət kimi yozurlar. Siz necə fikirləşirsiniz?
- Futbol siyasətdən uzaqdır. Amma qarışır bəzən. Səfərdə oyunlarda olarkən, düşmənlərimiz gəlib ağılsızlıq edirlər. “Qarabağ” adı olaraq bir az siyasətə qarışır. Biz sadəcə, özümüzü, ölkəmizi layiqli təmsil etməyə çalışmışıq.

-Cəzalı futbolçuların yoxluğu bugünkü oyuna nə qədər təsir etdi?

-İstər-istəməz təsiri oldu. Belə oyunlarda sürəti qorumaq çox önəmlidir. Elvin, Romao meydanda gücləri ilə dözən oyunçulardır. Onların yeri göründü.

-“Braqa” ilə oyunu Leverkuzendə göstərib tarix yazmaq mümkündür?

- Real baxmaq lazımdır. Bu gün ən çox inanan mən idim. Mənə zənglər gəlirdi ki, “Bayer” güclüdür. Amma məndə inam var idi, ən azından Bakıda nəticə əldə edə bilərik. Oradakı oyuna ümidsiz getmirəm, komandamı buradakından daha yaxşı oynamağa, vuruşmağa hazırlayacam. Alman komandaları çox ciddi hazırlaşırlar. Alonso ilə səfərdə görüşümüzdə bu məsələləri analiz etmişdik. Və görürdüm ki, olduqca ciddi yanaşırlar.

- Zədələnib oyundan çıxan Juninyo və Benzianın durumu necədir?

- Juninyoda 70 faiz problemli zədədir. Digərlərində ciddi problem yoxdur.

Son xəbərlər

Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə dərman vasitələrinin gətirilməsinin qarşısı alınıb

Tramp: ABŞ-a İran nefti lazım deyil

Tramp Ukraynadakı münaqişənin tezliklə başa çatacağını düşünür

Millətlər Liqasında IV tura yekun vurulub

Sağlam ürək üçün yumurtanı belə bişirmək lazımdır

Kəmaləddin Heydərov polkovniki vəzifəsindən azad etdi - FOTO

İspaniya Xorvatiyanı məğlub etdi

Əri tərəfindən döyülən hamilə qadın uşağını itirdi

“Düşünürdüm ki, bu mənim üçün ən asanı olacaq” - Tramp

Zeynəb Cəmaləddin : Aman Rəbbim, qoru məni bu gözdən - FOTO

SÖZÜN İÇİNDƏ YAŞAYAN QADIN

NARAHAT OLMA, ATA...

Bu ölkə "Avroviziya"dan imtina etdi

Mənim burda ahlarımdan Sibirdə Baykal gölü bir az sola çəkili -Sevinc YUNUSLU

Sumqayıtda məktəb direktoru vəfat etdi

17 oktyabr 2026-cı il tarixdə Hicran Faiq Əhmədlinin kitab təqdimatı keçiriləcək.

Kleopatra haqqında tarixçilərin susduğu 6 utanc verici fakt

Türkiyədə qanunsuz miqrantlar saxlanıldı

Sazın sehrində, sözün qüdrətində yaşayan ömür - Aşıq Altay Məmmədli

Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi

Həccə gedəcək azərbaycanlılarla bağlı yeni qaydalar açıqlandı

Fransada tələbə üsyanı böyüyür - Fotolar

Hollivudda tarixi razılaşma - 110 milyardlıq nəhəng şirkət quruldu

İçkili halda maşın sürən Blok3 belə cəzalandırıldı

Polşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb

Naxçıvan mədəniyyət nazirinə müavin təyin edilib

Azərbaycanın çoxvektorlu diplomatiyası - İlham Əliyevin yeni mesajları - ŞƏRH

Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031