Ərdoğan: Fransa terrorizmi ən fəal dəstəkləyən ölkədir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanı terrorizmi ən fəal dəstəkləyən ölkə adlandırıb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Aydın əyalətində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) seçkiqabağı mitinqində çıxış edən Türkiyə lideri ölkəsinin milli təhlükəsizliyini təhdid edən terror təşkilatlarının təxribatçı fəaliyyətinə diqqət çəkib. Bununla əlaqədar o, tikinti materiallarının böyük istehsalçısı olan Fransanın “Lafarge” şirkətinin fəaliyyətini qeyd edib.

"Bölgədə “Lafarge” tərəfindən istehsal olunan sement nəticədə terrorçular üçün sığınacaqların yaradılması üçün istifadə edildi. Təəssüf ki, Fransa terrorizmin ən fəal tərəfdarına çevrildi. İstədiyinə nail ola bildimi? Xeyr!”, - Türkiyə Prezidenti deyib.

Onun sözlərinə görə, Suriyanın şimalında terrorçuların Fransa şirkətinin məhsullarından istifadə edərək yaratdıqları sığınacaq şəbəkəsi onlara Türkiyə ordusunun hücumuna müqavimət göstərməyə kömək edə bilməyib. “Suriyanın şimalında “Lafarge”nin dəstəyi ilə yaradılan bütün sığınacaqları məhv etdik”, - Ərdoğan əlavə edib. Bildirib ki, Türkiyənin güclənməsi, sənaye istehsalının tempinin artması və müdafiə sənayesinin inkişafı fonunda ölkəyə qarşı təhdidlərin miqyası da artır.

“Ölkəmizin əleyhdarları sonda başa düşdülər ki, terror təşkilatlarının əli ilə Türkiyəni zəiflətmək mümkün olmayacaq və buna görə də Türkiyə iqtisadiyyatına ziyan vurmağı hədəfləyiblər", - deyə Ərdoğan vurğulayıb.

Son xəbərlər

Süni intellektlə ölən müğənnini “diriltmək” qanunidirmi? - CƏZALAR

Pakistanda sərnişin qatarı relsdən çıxdı - Ölənlər var

Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq

Единая школьная форма: равенство, свобода и ответственность

Təyyarələrdə heyətin iş və istirahət vaxtının tənzimlənməsi proseduru müəyyənləşir

Söz mülkünün sultanı Söz Allahın hər kəsə nəsib etmədiyi bir nemətdir. Buna sahiblənmək isə var-dövlət, səadətdir.

Lənkəran sakini arvadını bıçaqlayıb, 3 yaşlı oğlu da xəsarət alıb - YENİLƏNİB

İran məhsullarının dünya bazarında mövqeyi gücləndirilməlidir - Pezeşkian

Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub

NATO təliminin iştirakçıları Zəfər Muzeyində olub

Qara dənizdə iki gəmiyə dron hücumu olub, heyətdə 8 Azərbaycan vətəndaşı var

Azərbaycan neftinin qiyməti 131 dolları keçib

Arzu Əliyeva və Alyona Əliyeva "44" bədii filminin premyerasında iştirak ediblər

"Traktor" ilk xalını qazandı

Raket təhlükəsi də Ronaldonu dayandıra bilmədi - 1000-ə nə qaldı?

Məşhur aktrisa təyyarədə aləmi bir-birinə qatdı - Yaralılar var

Bəxt üzlərinə ikinci dəfə güldü - 8 il sonra 4 dollarlıq biletlə 675 min qazandılar - Foto

Prezident təqaüdçülərinin ən çox olduğu universitetlər - Siyahı

Sabiq kansler prezident oldu

Tramp: Moskva Ukraynada nizamlanmaya Kiyevdən daha çox can atır

DTX maşınları qəsdən yandıranları həbs etdi

"Əl-Nəsr"-"Neftçi" oyunu təxirə salındı

Almaniyada robot 16 yaşlı qıza toxundu - Saxlanılanlar var

Fransa neft tankerini ələ keçirdi - Qanunsuz yanacaq daşıyırmış...

“Breaking Bad”in aktyoru evində ölü tapıldı

HƏMİŞƏ ÖZ İTİM QAPIR QIÇIMI

Qəzənfər Məsimoğlu : SONBAHARA QOŞUL, GƏL - FOTO

KƏNDƏ YUXARIDAN BAXANIN ÖZ KÖKLƏRİNDƏN XƏBƏRİ VARMI? - FOTO

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031