BMTM-nin şöbə müdiri: Münxendə keçirilən görüşlər ABŞ-ın Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu göstərir
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevin 3 ABŞ rəsmisi ilə görüşü xüsusi diqqət çəkir. Bu, ABŞ tərəfinin də Azərbaycanla münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu göstərir.

Bunu APA-ya açıqlamasında Beynəlxalq Münasibətlər Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Cavid Vəliyev bildirib.

Cavid Vəliyev deyib ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüşlər müsbət qiymətləndirilməlidir, çünki Ermənistanla münasibətlərin normallaşması təkrar müsbət bir stimul qazandı: “Regionda sülh sazişi istiqamətində addımların atılması gərginləşmənin azalmasına xidmət edəcək, əməkdaşlıq imkanlarını artıracaq. Nəzərə alınmalıdır ki, Qərbdəki müəyyən dairələr Azərbaycanın Avroatlantik məkanla, Avropa və ABŞ-la münasibətlərini pozmaq istəyirlər. ABŞ dövlət katibi Antoni Blinken daxil olmaqla, Münxendə keçirilən görüşlər və verilən mesajlardan aydın olur ki, belə qüvvələri, o cümlədən Fransanı təcrid etdilər. O cümlədən Almaniya Baş naziri Olaf Şoltsun iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli, Olaf Şoltsla Prezident İlham Əliyev arasında ikitərəfli görüşü bu baxımdan qeyd etmək lazımdır. Üçtərəfli görüşdə Fransa iştirak etmədi, rəsmi Paris Avropa ilə Azərbaycanın münasibətlərini korlayaraq prosesi inhisara almaq istəyərkən özü prosesdən kənarlaşmış oldu. Bunu da Azərbaycan xarici siyasətinin uğuru hesab etmək olar. Rəsmi Bakının Avropa Şurası və digər məsələlərlə bağlı mesajları Avropada ciddi qarşılanıb, bu yöndə mühüm nəticələr əldə edilmiş oldu”.

BMTM şöbə müdiri Azərbaycanın mövqeyinin Ermənistanla ikitərəfli formada sülh danışıqlarının aparılmasından ibarət olduğunu nəzərə çatdırıb: “Daha öncə Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə bildirmişdi ki, Brüssel formatının bərpasına Azərbaycan etiraz etmir. Çünki ən azından tərəfsiz davranılsın, Ermənistanın mövqeyi müdafiə olunmasın. Düşünürəm ki, bundan sonra Qərbdə bu istiqamətdə addımlar atılarsa, Ermənistanın tərəfdaşı kimi Azərbaycana qarşı mövqe ortaya qoyulmazsa, obyektiv davranarlarsa, proses müsbət istiqamətdə davam edəcək”.

Son xəbərlər

Messi daha bir rekordun astanasında

Borc üstündə silahlı toqquşma: ölənlər var

Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

Tramp Ağ Evdə yeni helikopter meydançasını açıb

27. 09.2026-də, saat 11:00-da hər biriniz QOŞMA ƏDƏBİ MƏCLİSİNƏ dəvətlisiniz

Əzizə Ağahüseynqızı : MƏN ŞEİR DEMƏYƏ QAÇIB GƏLMİŞƏM - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Hava limanında saxlanılan Afra sərbəst buraxıldı - Yenilənib

BİR ÖMRÜN GÖZƏL BAŞLANĞICI - FOTOLAR

1 milyardlıq mirasını xanımına vəsiyyət edib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 7-ci “Yaşıl dağ” ekoloji-sosial aksiyası keçirilib - FOTOLAR

"Google" 403 milyon avro cərimələndi

PAYIZ ƏTİRLİ YARADICILIQ...

Xəzər dənizində zəlzələ olub

Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib

Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "oynayan" rəsmi İrəvan - ŞƏRH

Bakıda iki bağça fəaliyyətə başladı

"Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar

Ağır qəzadan xəsarət almadan qurtuldular - Foto

“Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!”

70 yaşlı qadın polis tərəfindən saxlanıldı - Bu əməllərə görə

İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun tikintisi üzrə razılaşmanı təsdiqləyəcək

Floridada “Şahed-136”nın ABŞ klonu tapıldı - Pentaqon susur

Gələn ildən maaşlardan tutulan gəlir vergisi dəyişir - YENİ HESABLAMA QAYDASI

Alim Qasımov Üzeyirlə duetindən danışdı

Sabah pensiyalar tam ödəniləcək

Bakıda əməliyyat edilən 31 yaşlı həkim vəfat etdi - 80 nəfər qan vermişdi - Foto

Zakir Həsənov Pakistana başsağlığı verib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930