Bakı-Sumqayıt qatarlardan şikayətə QSC-dən cavab
“Hər gün işdən çıxıb evə getmək üçün dəmir yollarından istifadə edirəm. Hər dəfə də qatara minəndə boş yer olmasına baxmayaraq, ayaq üstə dayanmağa məcbur oluram”.
Bu barədə daxil olan vətəndaş müraciətində qeyd olunub.

Dəmir yollarından istifadə edən sərnişinlərdən biri digər sərnişinlərin növbəti stansiyalarda minəcək sərnişinlər üçün yer saxlamalarından narazı olduğunu deyib.

Sərnişinin sözlərinə görə, bələdçilər sürət qatarlarında qayda-qanunlara əməl olunmasına düzgün və effektiv nəzarət etmirlər:

“Şikayətim “Azərbaycan Dəmir Yolları” QSC-dəndir. Sürət qatarına minirsən, sərnişinlər tərəfindən hər vaqonda təxminən 10 yer, onların dili ilə desək, növbəti stansiyada minəcək sərnişinlər üçün məşğul edilib.

İşdən yorğun çıxıram, vaqona çatmaq üçün tələsirəm. Nə üçün məndən 15 dəqiqə sonra vaqona minəcək kiməsə görə mən ayaq üstə getməliyəm? Belə olanda mənim hüquqlarım pozulur. O qədər yolu onlara görə ayaq üstə getməli oluram”.

Sərnişin onu da qeyd edib ki, dəmir yolları metroya bənzəməyə başlayıb:

“Camaat bir-birini ayaqlayır. Yaxşı olar ki, yerlər dolduqdan sonra sərnişinlər digər qatarı gözləsinlər”.

Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC -nin mətbuat xidmətindən bildirilib ki, Bakı-Sumqayıt və şəhərətrafı hərəkət edən qatarlarda bələdçilərin sərnişinlərin yer seçiminə müdaxilə etməsi “Sərnişin vaqonu bələdçisinin vəzifə təlimatı”na ziddir:

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti

“Bakı-Sumqayıt və şəhərətrafı hərəkət edən qatarlardakı ekonom vaqonlara biletlərdə yer qeyd olunmur. Ona görə də bələdçilər bu barədə sərnişinlərə yer seçimi ilə bağlı hər hansı müdaxilə edə bilməz.

Sərnişinlər oturacaqları yeri öz seçimləri əsasında müəyyənləşdirirlər. Bələdçilərin, sərnişinlərin öz yaxınları və tanışları üçün yerləri məşğul etmələrinə dair iradları isə mübahisənin daha da genişlənməsinə yol aça bilər. Bu həm də “Sərnişin vaqonu bələdçisinin vəzifə təlimatı”na ziddir.

Təlimata əsasən, vaqon bələdçiləri, vaqonlarda sərnişinlər arasında konflikt hallarının yaranmasına yol verməməklə yanaşı, onlarla nəzakətli və diqqətli davranmalıdırlar. Odur ki, onların əlavə müdaxiləsi yarana biləcək mübahisənin daha da dərinləşməsinə səbəb ola bilər. Fürsətdən istifadə edib, bu məsələdə sərnişinlərimizdən də diqqətli davranmağı və mübahisəli vəziyyət yaradan belə addımlardan çəkinmələrini xahiş edirik”.

Məlumat üçün bildirilib ki, bu qatarlar şəhərətrafi elektrik qatarı olduğu üçün, burada 800-ə qədər ayaqüstü, 396 oturacaq yerləri var. Yəni, bu qatarlarda ayaq üstə də sərnişin daşına bilər.(oxu.az)

Son xəbərlər

ABŞ-nin Vitse-prezidentinin Pakistana səfəri ləğv edilib

Sabah metroda qatarlar gecikəcək - Araşdırmalar gedir

“Bu qədər futbolçunun haqqını yedi”

Türkiyəli güləşçi Rıza Kayaalp 13-cü dəfə Avropa çempionu olub

Çağrı mərkəzi olmayan dövlət qurumlarına "108" vasitəsilə müraciət ediləcək

Azərbaycanda süni intellektlə təxribat törədənlər həbs ediləcək

Maliyyə Nazirliyi 157 nəzarət obyektində pozuntular aşkarlayıb

Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempionatının ilk gününü 2 medalla bitiriblər

Kallas: Azərbaycan enerji və bağlantı sahəsində mühüm tərəfdaş olaraq qalır

İran Trampın 8 qadınla bağlı iddiasını təkzib etdi

"Oskar" mükafatlı rejissor vəfat etdi

O da "Fatih"in serialında rol alacaq

Dünyanın ən gözəl qadını... - FOTOLAR

Bakı metrosunda günün ikinci hadisəsi - Sərnişin həlak oldu

Meqanla şəkil çəkdirmək üçün bu qədər pul ödədilər

Avropa çempionatı: Azərbaycanın daha bir güləşçisi finala yüksəlib

Nazir minimum əməkhaqqının artırılması üçün görülən işlərdən danışıb

Livan Prezidenti: İsraillə danışıqlar zəiflik əlaməti deyil

Çağrı Mərkəzi olmayan qurumların çağrı xidmətləri "108" Çağrı Mərkəzi ilə göstəriləcək

Azərbaycanda 3 il stajı olan məhkəmə hakimləri güzəştli ipoteka krediti ala biləcək

Bakı metrosunda bugünkü hadisə zamanı generatorların işə düşməməsinin səbəbi açıqlanıb

İrəvanın yeni siyasi doktrinası - Qarabağ hərəkatından imtina və konstitusiya dəyişikliyi - ŞƏRH

"Elektron notariat" informasiya sistemi haqqında Əsasnamə"yə dəyişiklik edilib

“Anam atamı öldürdü, ertəsi gün məni geyindirib məktəbə göndərdi” - Fotolar

Xüsusi icra məmurları haqqında qanunvericiliyi pozanlar cərimə ediləcək

Sabah 22 dərəcə isti olacaq

Hesablama Palatasının sədri: "Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib"

Milli Məclisin Belçika və Niderland parlamentləri ilə işçi qrupların fəaliyyətinin dayandırılması təklif edilib

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930