Turaztv.az » Xəbərlər » Dünyanın ən gözəl qadını... - FOTOLAR
Xəbərlər

Dünyanın ən gözəl qadını... - FOTOLAR

21.04.2026, 21:30 88
Hollivudun uğurlu adlarından biri olan Anne Hathaway "People" jurnalı tərəfindən 2026-cı ilin "Dünyanın Ən Gözəl Qadını" seçilib.

"Unikal" jurnala istinadən xəbər verir ki, 2026-cı il Hathaway karyerasının ən gərgin illərindən biri hesab olunur. Beş filmin, xüsusən də "The Devil Wears Prada 2" filminin nümayişi onun populyarlığını və təsirini yeni zirvələrə qaldırıb.

"People" jurnalı bu adı yalnız xarici görünüşə deyil, başqalarına ilham verən ulduzlara verir.

Qeyd edək ki, aktrisa 2012-ci ildən bəri aktyor Adam Shulmanla evlidir. Cütlüyün iki övladı var.





Oxşar xəbərlər