Məşhur Cənubi afrikalı və amerikalı aktrisa Şarliz Teron illər sonra verdiyi geniş müsahibədə uşaqlıqda yaşadığı dəhşətli ailə faciəsini bütün detalları ilə xatırlayıb.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, o, “New York Times”a müsahibəsində 15 yaşında ikən anasının özünü və qızını qorumaq məqsədilə atasını güllələdiyi gecədən danışıb.

Aktrisanın sözlərinə görə, hadisə 1991-ci ildə baş verib və həmin gecə atası sərxoş halda silahla evə gəlib. O, evdə aqressiv davranaraq, ailə üzvləri ilə gərgin vəziyyət yaradıb və daha sonra silahdan istifadə etməklə onları hədələyib: “Təcili olaraq tualetə getməli idim. Ona görə evə qaçdım və o, bunu hörmətsizlik kimi qəbul etdi, çünki dayanıb hamıya salam verməmişdim. Cənubi Afrikada böyüklərə hörmət çox vacibdir. Atam o anda çox əsəbiləşdi və mənə elə gəlirdi ki, “özünü kim hesab edirsən?” deyə düşünür”.

O, vəziyyətin sürətlə gərginləşdiyini və qorxu içində olduğunu dilə gətirib: “Bilirdim ki, pis bir şey baş verəcək”.

Aktrisa əlavə edib ki, həmin gecə atası evə zorla daxil olmağa çalışıb və silahla onları təhdid edib.

“O, açıq şəkildə bizi öldürmək niyyətində idi. Qapını vurur və içəri girməyə çalışırdı”, - deyə Teron qeyd edib.

Hadisə zamanı anası özünü və qızını qorumaq üçün silahdan istifadə edib və nəticədə atası həyatını itirib. Bu qərar hüquqi baxımdan özünümüdafiə kimi qiymətləndirilib və anası heç bir cəza almayıb.

Teron müsahibəsində o dövrü belə xatırlayıb: “Mən heç vaxt belə bir hekayə eşitməmişdim. Düşünürdüm ki, bu, yalnız bizim başımıza gəlib”.

Aktrisa hadisədən sonra anasının davranışını da xatırlayıb: “Ertəsi gün səhər məni geyindirib məktəbə göndərdi. Sadəcə dedi ki, “həyatımızı davam etdirəcəyik”. Bu, bəlkə də, ən sağlam şey deyildi, amma bizim üçün işlək idi”.

O, anası ilə sonrakı illərdə çox yaxın olduqlarını vurğulayıb: “Atamın ölümündən sonra biz bir-birimizə daha da bağlandıq. Həyatımıza qaldığımız yerdən davam etdik. O vaxt terapiya geniş yayılmamışdı, biz sadəcə yaşamağa davam etdik”.

Şarliz Teron bildirib ki, bu mövzuda danışmaq onun üçün vacibdir: “Bu cür şeylər haqqında danışılmalıdır, çünki insanlar özlərini tək hiss etməməlidirlər”.

Aktrisa hadisə gecəsi ilə bağlı danışarkən, atasının o vaxt çox sərxoş olduğunu qeyd edib: “Atam o qədər sərxoş idi ki, evə silahla gələndə yeriyə bilmirdi”.

Şarliz Teron müxtəlif dövrlərdə bir neçə məşhur sima ilə münasibətdə olub. O, uzun illər aktyor Stüart Taunsend ilə birlikdə yaşayıb, daha sonra isə Şon Penn ilə münasibətdə olub. Bu münasibətlər evliliklə nəticələnməyib.

Aktrisa həmçinin ailə həyatı ilə bağlı qərarını da açıqlayıb. O, 2012-ci ildə Cekson, 2015-ci ildə isə Auqust adı verdiyi iki uşağı övladlığa götürüb. Teron uşaqlarını təkbaşına, böyük sevgi ilə böyütdüyünü vurğulayıb.

Şarliz Teron hazırda Hollivudun ən tanınmış simalarından biridir və 2003-cü ildə “Monster” filmindəki performansına görə “Oskar” mükafatına layiq görülüb.




Son xəbərlər

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930