Xəbərlər
9.02.2024, 22:48
Venesuela Avropa Parlamentinin qətnaməsinə səs verən deputatları persona non-qrata elan edib
Venesuela Milli Assambleyası (parlament) Avropa Parlamentinin ölkədə keçiriləcək prezident seçkilərinin nəticələrinin tanınmaması ilə bağlı qətnaməsini kəskin şəkildə pisləyib.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Milli Assambleyanın sədri Xorxe Rodriqesinin “X” sosial səhifəsində yaydığı sənəddə deyilir.
“Venesuela Milli Assambleyası Avropa Parlamentinin fevralın 8-i tarixli biabırçı qətnaməsini qəti şəkildə rədd edir. Bu akt ölkəmizin daxili işlərinə kobud müdaxilədir, Venesuelanın Konstitusiyasına hörmətsizlikdir, ölkədə sülhə və siyasi sabitliyə qarşı təcavüzün yeni eskalasiyası və dirçəldilməsi cəhdidir. Venesuela Milli Assambleyası ölkəyə qarşı qətnaməni kobud şəkildə dəstəkləyən və lehinə səs verən Avropa Parlamentinin üzvlərini persona non-qrata elan edir”, - sənəddə bildirilir.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay