Prezident seçkilərində səsvermə başa çatıb
Azərbaycanın bütün ərazisində növbədənkənar prezident seçkilərində səsvermə saat 19:00-da başa çatıb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, səsvermə 125 seçki dairəsi üzrə 6537 seçki məntəqəsində keçirilib. Bu məntəqələrdən 6319-u daimi, 218-i isə Azərbaycanın xarici ölkələrdəki səfirlik, konsulluq və daimi nümayəndəliklərində, hərbi hissələrdə, islah-əmək və sanator-müalicə müəssisələrində, Xəzər dənizində və dünya sularında Azərbaycanın Bayrağı altında üzən gəmilərdə yaradılmış məntəqələrdir.

Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin saat 17:00-a olan məlumatına görə, səsvermədə 4 milyon 590 min 75 seçici iştirak edib. Bu, prezident seçkilərində qeydə alınmış seçicilərin 70.85 faizini təşkil edir. Seçici fəallığına dair ilkin yekun məlumat bir qədər sonra açıqlanacaq.

Səsvermənin gedişi 1000 seçki məntəqəsində quraşdırılmış veb-kameralar vasitəsilə MSK-nın rəsmi internet səhifəsində canlı yayımlanıb.

Seçki prosesini 72 beynəlxalq təşkilatı və 89 ölkəni təmsil edən 790 beynəlxalq müşahidəçi izləyib. Seçkiləri 109 beynəlxalq media qurumunun 216 təmsilçisi işıqlandırır.

Xatırladaq ki, prezident postu uğrunda 7 namizəd mübarizə aparır.

Son xəbərlər

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930