Xəbərlər
5.02.2024, 18:43
“Bir gələcək” təşəbbüsü 4500-dən çox şagirdi əhatə edib
Elm və Təhsil Nazirliyinin dəstəyi və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə “İctimai fəallığın artırılması ilə dəyişim əməkdaşlığı” layihəsi çərçivəsində keçirilən “Bir gələcək” təşəbbüsü yekunlaşıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, məqsədi müxtəlif sahələrdə çalışan və uğur qazanan şəxslərin məzun olduqları məktəbə səfərinin, yuxarı sinif şagirdləri ilə görüşlərinin, təcrübə və bilik mübadiləsinin təşkili olan təşəbbüs çərçivəsində 50 Bakı, 20 region məktəbinə səfər həyata keçirilib.
Ümumilikdə 5 ay davam edən layihə Bakı, Sumqayıt, Şirvan, Salyan, Sabirabad, Lənkəran, Cəlilabad, Biləsuvar, Neftçala, Yevlax, Ağsu, Gəncə, Saatlı və Tovuz şəhərlərini əhatə edib.
“Bir gələcək” təşəbbüsünə spiker qismində dəvət olunmuş şəxslər I, II və III “Yüksəliş” müsabiqəsinin qalibləri, eyni zamanda müxtəlif dövlət və özəl qurumlarda çalışan mütəxəssislər, təhsil işçiləri, gənc peşəkarlar olublar.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay