Oğlunun toyunda bomba həyəcanı yaşayan generalın kimliyi bilindi - Bakıda ŞOK OLAY


Bu günlərdə sosial şəbəkələrdə belə bir məlumat yayıldı ki, generallardan birindən qisas almaq istəyən keçmiş kursantı qeyri-adi üsula əl atıb. Belə ki, o, general oğlunun toyu keçirilən restorana bomba qoyulduğu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib.Bu məlumat əsasında çox sayda polis əməkdaşı toy mərasimi vaxtı restorana gəlib, orada axtarış aparıb.

Yayılan məlumatda generalın kimliyi açıqlanmasa da, Gununsesi.info bu hadisənin təfərrüatını öyrənib.

Məlum olub ki, söhbət Naxçıvanda yerləşən Hərbi liseyin sabiq rəisi, general-mayor Elman Orucovdan gedir. Onun oğlu Məhəmməd Orucovun toyu Bakıdakı məşhur restoranlardan birində olub.

2013-2019-cu illərdə Hərbi liseyin rəisi olmuş Elman Orucovdan qisas almaq istəyən hərbçi də onun rəhbərlik etdiyi dövrdə liseydə təhsil almış kursant olub.

Kursant 2018-ci ildə liseyi bitirəndən sonra təhsilini Daxili Qoşunların Hərbi Akademiyasında davam etdirmək istəyib.

Amma general buna imkan verməyib. Onu Müdafiə Nazirliyində bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini ixtisasında ali təhsil almağa göndəriblər.

İllərlə liseyin rəisinin ona qarşı haqsızlıq elədiyini düşünən kursant ali təhsilini də bitirib, leytenant rütbəsində işə başlayandan az sonra Elman Orucovun oğlunun toyu olacağını eşidib və bu yolla ondan qisas almaq qərarına gəlib.

O, taksafondan “102”yə zəng edib ki, “restorana bomba qoyulub, yeməklərə zəhər qatılıb”.

Polislər də toyda yüksək vəzifəli şəxslərin, generalların iştirak etdiyini nəzərə alaraq, informasiyanı inandırıcı sayıblar:

Restoranda stolların altını, bəy-gəlin kürsüsünü, mətbəxi – hər yeri axtarıblar. Toydakı adamlar da təşvişə düşüb ki, nə baş verib?

İnformasiyanın əsassız olduğu aydınlaşandan sonra “102”yə kimin xəbər verdiyi müəyyənləşdirilib və onun haqqında Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsilə cinayət işi başlanıb. Hərbçiyə yekunda 5 il şərti cəza verilib.

General-mayor Elman Orucov da ondan şikayətçi olmayıb. Deyib ki, həmin şəxsi sakit təbiətli kursant kimi tanıyırdı. Ona gənc zabitlər üçün həmişə elit başlanğıc sayılan bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini ixtisasını seçməyi təklif edib. Generalın sözlərinə görə, onu bu ixtisasa təhsil almağa göndərəndə əksinə, yaxşılıq edib:

“Mən özüm də zabit kimi xidmətə oradan başlamışam. Düzü, buna görə məndən qisas almaq istəməsinə çox təəccübləndim”, - general deyib.

Son xəbərlər

NİİM: Bir sıra yollarda sürət həddi endirilib, portallarda “sürüşkən yol” işarəsi aktivləşdirilib

Paytaxtın mərkəzində hərəkət tamamilə QADAĞAN OLUNACAQ

Nicat Novruzoğlu : Bəxtin qarası var, ağı var gülüm - FOTO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Anatoli Kaşpirovski vəfat etdi

Burada maşınların hərəkəti tamamilə qadağan ediləcək - 15 oktyabrdan

Sabah da Bakıya yağış yağacaq

Şairlər yurdu Şamaxı və Hikmət Məlikzadə Poeziyası

Qonşu ölkədə epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Kredit bazarında nə baş verir?

Maaş və pensiyalar nə qədər artacaq? – Deputatdan açıqlama

Azərbaycandan Rusiyaya aparılan pomidorlar məhv ediləcək

Həsənxan Əsədov : Bir ömürlük bəs edim - FOTO

Türkiyə XİN: Türk dövlətlərinin malik olduğu əməkdaşlıq və inteqrasiyasını daha da yüksəyə qaldırmağa qərarlıyıq

Rəsmi Bakı Almaniya, Koreya və İraqı Milli Gün münasibətilə təbrik edib

Azərbaycan nefti cüzi ucuzlaşıb

Məşhur aktyorun idarə etdiyi təyyarə qəzaya uğradı - Ölənlər var

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

USTAD NİFTALI GÖYÇƏLİ VƏ "TOMRİSNAMƏ" POEMASI...

Kütləvi etirazlara görə distant təhsilə keçdilər - Fotolar

Türkiyədə mədən çöküb, ölənlər var

Elxas Comərd : CƏNAB BAŞ LEYTENANT - FOTOLAR

TƏRANƏ GƏDƏBƏYLİ — DAĞLARDAN GƏLƏN SƏS

Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

MƏNƏVİ KÖKDƏN GƏLƏN ÖMÜR YOLU - FOTO

YAP-ın VIII Qurultayı: Böyük dəyişiklik yox, yeni mərhələyə uyğun yenilənmə - REPORTAJ

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031