AŞPA - Avropanın Şovinist Parlament Assambleyası və ya Azərbaycanofob Şurasının Parlament Assambleyası
AŞPA - Avropanın Şovinist Parlament Assambleyası və ya Azərbaycanofob Şurasının Parlament Assambleyası

Azərbaycanın İkinci Qarabağ Müharibəsində parlaq qələbə qazanması, ölkəmizin daha da qüdrətlənməsi və dünya miqyasında nüfuzunun günbəgün artması Azərbaycanofob, anti-Azərbaycan dairələrin xeyli narahatçılığına səbəb olub və uğurlarımız fonunda bu narahatçılıq daha da artmaqdadır. Bu əsnada Avropa Şurasının Parlament Assambleyası xüsusi "fəallığı" ilə seçilir.
Bu fikirləri Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, Yanvar ayının 22-də Avropa Şurasının Parlament Assambleyasında Azərbaycanın nümayəndə heyyətinin etimadnamələrinin təsdiq edilməməsi AŞPA-nın əsl simasını ortaya qoymaqla yanaşı bir daha göstərdi ki, bu qondarma qurum anti Azərbaycan qüvvələrin əlində əlatə çevrilib və erməni lobbisinin maraqlarına xidmət edir. Təşəbbüsü irəli sürən Frank Şvabe çıxışında 100 mindən artıq Qarabağ ermənilərinin zorakılıqla qovulmasını və AŞPA məruzəçilərinin Laçın yoluna buraxılmamasını Azərbaycanın təşkilatla əməkdaşlıqdan yayınması kimi qiymətləndirib. İlk öncə onu qeyd etmək yerinə düşərdi ki, bu qərəzli və əvvəlcədən planlaşdırılmış təşəbbüsün almaniyalı deputat tərəfindən irəli sürülməsi formal xarakter daşıyır. Əlbətdə bütün bu biabırçılıqların təşkilatçısı Fransadır və Fransa öz çirkin məqsədini həyata keçirmək üçün Almaniyadan istifadə edir. Dünyanın 50-dən çox ölkəsində qırğınlar törətmiş Fransa görünür öz çirkin məqsədlərini həyata keçirmək üçün digər dövlətlərdən istifadə etməyə artıq vərdiş edib. Buna bariz nümunə olaraq Ermənistanı göstərmək olar və qeyd etmək yerinə düşərdi ki, bu gün Ermənistanın ağır vəziyyətdə və böhranlar içərisində olmasının əsas səbəbkarlarından biri də məhz Fransa və onun anti-sülh, qərəzli siyasətidir. Daha sonra qeyd etmək yerinə düşərdi ki, heç bir halda Qarabağ ermənilərinin zorakılıqla qovulmasından söhbət belə gedə bilməz. Tam əksinə olaraq hər şey bütün dünyanın gözü qarşısında baş vermişdir: Qarabağ ermənilərinə Bakıdan dəfələrlə humanitar yardımlar yola salınmış, Azərbaycan əsgəri və polisi erməniəsilli sakinlərə su, çörək, un məmulatları paylamış və sair və ilaxır. Azərbaycanın Ermənistana qarşı etdiyi humanist addımları saymaqla bitməz.
İstər Ermənistanın işğal dönəmində, istər İkinci Qarabağ Müharibəsində, istər postmüharibə dövründə, istərsə də antiterror əməliyyatları zamanı-bir sözlə Azərbaycan hər zaman Ermənistanla münasibətdə yüksək səviyyəli humanislik və böyük səbr nümyaiş etdirmişdir. Lakin Ermənistan silahlı qüvvələri 90-cı illərdə işğal etdiyi rayon və şəhərlərdə dinc azərbaycanlı əhalini amansızlıqla qətlə yetirmiş və bir milyondan çox soydaşımızı qaçqın və məcburi köçkün vəziyyətinə salmışdır. Eyni zamanda Ermənistan tərəfi dəfələrlə təxribatlara əl atmış, şəhərlərimizi raket atəşinə tutaraq sivil vətəndaşlarımızı qətlə yetirmişdir. Çox təəssüf ki, bütün bunlara baxmayaraq Avropa Şurasının Parlament Asambleyası erməni vəhşiliklərini görməzdən gəlmiş, heç bir tədbir görməmişdir. Çünki, müstəqil siyasətimizi, Ermənistanın ağır məğlubiyyətini və tam suverenliyimizi həzm edə bilməyən bu qurumun gözünü erməni sevigis, erməni maraqları və erməni maliyyəsi tam örtüb:
“Dözülməz irqçilik, Azərbaycanofobiya və bütün bu biabırçılıqlar fonunda Azərbaycan nümayəndə heyyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırdı ki, bu da AŞPA-ya verilmiş ən gözəl və layiqli cavab və dərs oldu. Bununlda bir daha göstərdik ki, Azərbaycan dünyada ədaləti təkbaşına bərpa edən dövlətdir, bizim Dəmir Yumruqlu İlham Əliyev kimi Liderimiz var və möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, heç kəs bizimlə dəfə-qorxu dili ilə danışa bilməz.”

Turaztv.az

Son xəbərlər

Məşhur aktyorun idarə etdiyi təyyarə qəzaya uğradı - Ölənlər var

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

USTAD NİFTALI GÖYÇƏLİ VƏ "TOMRİSNAMƏ" POEMASI...

Kütləvi etirazlara görə distant təhsilə keçdilər - Fotolar

Türkiyədə mədən çöküb, ölənlər var

Elxas Comərd : CƏNAB BAŞ LEYTENANT - FOTOLAR

TƏRANƏ GƏDƏBƏYLİ — DAĞLARDAN GƏLƏN SƏS

Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

MƏNƏVİ KÖKDƏN GƏLƏN ÖMÜR YOLU - FOTO

YAP-ın VIII Qurultayı: Böyük dəyişiklik yox, yeni mərhələyə uyğun yenilənmə - REPORTAJ

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

Bahalı saatı gündəm oldu - Foto

Yozef Haydn: yaradıcılığı və simfonik irsi

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Səhnədən biznesə: Ulduzlar nədən pul qazanır?

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

"Forsaj" serial olacaq

Bizə bilik öyrədənlər qarşısında baş əyməliyik

"Bir telini ağarmağa qoymaram..." - Sevinc Yunuslu

ABŞ Kubaya yanacaq daşıyan gəmini saxlayıb

Dünyanın ən böyük xizək mərkəzlərindən biri artıq Azərbaycanda!

İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur

Moldova Azərbaycan şirkətlərinin Aİ bazarına çıxışına dəstək verə bilər

Prezidentdən Misir Mərdanovla bağlı - Sərəncam

Endirim imkanlarınızı artıracaq xəbərimiz var!

Binəqədi şosesində yol hərəkətinin təşkili dəyişdirilib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031