20 Yanvar şahidi Reza Deqati: “... xatırladığım yalnız qırmızı və qara idi”
20 Yanvar faciəsinin baş verdiyi o qanlı, müdhiş gündən bizi 34 illik bir zaman ayırır. Bir neçə gündən sonra xalqımız bu faciənin qurbanlarını ehtiramla anmaq üçün Şəhidlər xiyabanına üz tutacaq və bu faciəni törədənlərə öz nifrətini bildirəcək. Ötən müddət ərzində bu faciənin dünyada tanıdılması üçün bir çox işlər görülüb - sərgilər açılıb, tədbirlər keçirilib, sənədli filmlər nümayiş olunub.

Qanlı Yanvarda baş verənləri fotolentin yaddaşına köçürərək dünyaya tanıdanlardan biri də tanınmış fotojurnalist Reza Deqati olub. 1990-cı il yanvarın 20-də keçmiş sovet hökuməti tərəfindən planlı şəkildə Bakıda mülki əhaliyə qarşı törədilən qətliamdan dünyada məşhur fotojurnalist Reza Deqati və komandasının çəkdiyi fotolar və videolar sayəsində xəbərdar oldu.
20 Yanvar şahidi Reza Deqati: “... xatırladığım yalnız qırmızı və qara idi”

Turaztv.az AZƏRTAC-a istinadən həmin hadisələrin baş verdiyi günlərdə məşhur fotojurnalist Reza Deqatinin Bakıya gəlişindən və Azərbaycan xalqının başına gətirilən bu faciənin dünyaya yayılması naminə gördüyü işlərdən bəzi məqamlara nəzər salır.
Azərbaycanda əhalinin silahsızlaşdırıldığı, insanların əsas xəbər mənbəyi olan televiziya yayımının dayandırıldığı, Bakıya xarici jurnalistlərin girişinin qadağan olunduğu bir vaxtda, 1990-cı il yanvarın 20-də Reza Deqati bu qətliamdan xəbər tutan kimi Parisdən çətin yollarla Bakıya üz tutur. Parisdən birbaşa Bakıya səyahət mümkünsüz olduğu üçün o, Moskva kinostudiyalarını ziyarət etmək adı altında həmkarları ilə birlikdə sovet vizası alaraq Moskvaya gəlir.
20 Yanvar şahidi Reza Deqati: “... xatırladığım yalnız qırmızı və qara idi”

Jurnalistlərin girişi qadağan olunduğu üçün o, azərbaycanlı dostlarının köməyi ilə Bakıya yola düşən qatarda gizlənir, təhlükəni nəzərə alaraq insanlarla lazımsız ünsiyyətdən qaçaraq 48 saatlıq yol gəlir. Qatarda ilk işi isə “Ya pa rusky ni znaya” (mən rusca danışmıram) və “Ya Azerbaijani” (mən azərbaycanlıyam) kimi dolaşıq rusca cümlələr öyrənmək idi. Çünki rus dilini bilməyən azərbaycanlıları çox sorğu-suala tutmurdular. Ancaq kimsə onun sənədlərini yoxlasaydı, bu, artıq son demək idi.
Bu uzun səyahətdən sonra Bakıya çatdığı zaman Reza Deqati burada gördüyü mənzərəni İkinci Dünya müharibəsi filmindən bir səhnəyə bənzədirdi: “48 saatlıq səyahətdən sonra qatar Bakı stansiyasına daxil olduğu zaman - axşam vaxtları komendant saatından yarım saat əvvəl biz platforma üzərində düzülmüş silahlı sovet əsgərlərini gördük. Soyuq idi, özümü 2-ci Dünya müharibəsi haqqında çəkilmiş filmdəki biri kimi hiss etdim. Sanki heç nə dəyişməyib”.
20 Yanvar şahidi Reza Deqati: “... xatırladığım yalnız qırmızı və qara idi”

Yanvarın 24-də dostları Reza Deqatini Bakıda qarşılayır və sovet əsgərlərinin dinc əhalini gülləbaran etməsi, tankların mülki vətəndaşların üstündən keçməsi, uşaq, qadın, yaşlı demədən silahsız insanları qətlə yetirməsi barədə ona məlumat verirlər.
Küçədə gəzməyin belə təhlükəli olduğu bir vaxtda, sovet tank və əsgər patrulları ilə əhatələnmiş Bakı şəhərində Reza öz həyatını düşünmədən fotoaparatı ilə gizli şəkildə xəstəxanalara, morqlara gedərək fərqli aspektlərdən gördüyü mənzərələri fotolentin yaddaşına köçürüb.
“Bakı tanklar və əsgər patrulları ilə mühasirəyə alınmışdı. Açıq şəkildə gördüklərimizin şəkillərini çəkmək çox riskli idi. Ehtiyatlı davranmalı, maşınların və binaların pəncərələrindən fotolar çəkəndə kameranı gizlətməyin yollarını tapmalı idik”, - deyə Reza bəy bildirir.
20 Yanvar şahidi Reza Deqati: “... xatırladığım yalnız qırmızı və qara idi”

Qara Yanvar şəhidlərinin basdırıldığı, məzarlığa çevrilmiş, qəbirlərin üzəri qırmızı qərənfillər və qara paltarlarla örtülmüş Şəhidlər xiyabanına gələn Reza şübhələri üzərinə çəkməmək üçün hər kəs kimi geyinmiş və insanların da köməyi ilə çəkiliş avadanlıqlarını gizlətmişdi.
O acı günlər Rezanın yaddaşında belə qalıb: “Hər şeydən əvvəl, xatırladığım yalnız qırmızı və qara idi”.
Orduya məxsus helikopter izdihamı dağıtmaq üçün qəbiristanlığın üzərində uçuşlar həyata keçirdiyi zaman isə artıq Reza bu “qırmızı və qara”dan ibarət kadrları çəkib bitirmişdi. Təhlükəsizlik tədbirləri səbəbilə fotoaparat və avadanlıqlar olmadan Moskvaya qayıdan Reza sonradan dostlarının köməyi ilə onları əldə edir və oradan da Parisə gedir.
Parisə çatdığı günün axşamı 18-dən çox televiziya kanalı Rezanın çəkdiyi fotoşəkilləri göstərərək Bakıdakı hadisələr barədə danışdı, onlarla radiostansiya, 2000-dən çox jurnal və qəzet 20 Yanvar faciəsi barədə məlumat yaydı. Fotojurnalist Reza Deqati və komandasının çəkdiyi fotoşəkillər və videolar sayəsində qan yaddaşımız Qara Yanvar nəinki unudulmur, dünya əhalisi mülki vətəndaşlara qarşı olan bu vəhşilikdən xəbər tutur.

Son xəbərlər

Əli Əsədov Şimali Kiprin Baş nazirinə başsağlığı verib

"DSports": "Sabah" müasir futbol məntiqinə meydan oxuyub

Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

Azərbaycan-ŞƏT münasibətləri: Çoxşaxəli əməkdaşlıqdan strateji tərəfdaşlığa - ŞƏRH

İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib

Kamran Əliyev: Azərbaycan və Çin Baş prokurorluqları arasında səmərəli əməkdaşlıq mövcuddur

Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq

Xüsusi icra məmuru olmaq istəyənlər üçün müsahibə mərhələsi başlayır

İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib

İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin tarixində yeni mərhələnin əsası qoyulub

İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib

Müəllimlərin təkrar sertifikasiyasının müsahibə mərhələsinə başlanılır

Yasamal sakinlərinin nəzərinə!

SEPAH: Hörmüz boğazı üzərində ABŞ-yə aid PUA vurulub

Zülfiyyə İsmayıl : Biləsən (qəzəl)

ABŞ Hörmüzdəki Larak adasına zərbələr endirdi

“Qalatasaray” Rafael Leaudan sonra daha bir futbolçu transfer edib

“Yaxşı ki, tibbə qəbul olmadım” - 617 balla baytarlığı seçən Xaliq

"İran kanallarına baxanda əsəblərim pozulur" - Pezeşkian

Hökumət təcili tədbir görməsə... - Əhali ilə bağlı şok rəqəm

Bugün mənim üçün xüsusi duyğularla yadda qalan bir gün oldu...

RAMİL, ALLAHVERƏN, BİR DƏ NATƏVAN - FOTO

Xəzərin Sahilində Yazılan Uğur Salnaməsi: Azərbaycan Karatesinin Gücü və Birliyi - FOTOLAR

Leyla və Arzu Əliyevalar klassik avtomobillərin yürüşünü izlədilər - FOTOLAR

BDYPİ leysan yağışları ilə əlaqədar hərəkət iştirakçılarına çağırış edib

Zakir Həsənov Türkiyədə buraxılış mərasiminə qatıldı - FOTOLAR

“Yeraltı”nın aktrisası atasının şikayəti ilə ifadə verdi

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31