Vəzifədən çıxarılan general Ənvər Əfəndiyev kimdir? - DOSYE

General-leytenant Ənvər Əfəndiyev müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı vəzifəsindən azad olunduğu barədə məlumat yayılıb. Bu məlumatlarda həmin vəzifəyə Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin gətirildiyi bildirilir.

General Ənəvər Əfəndiyevin dosyesini təqdim edirik:

Əfəndiyev Ənvər Zəkəriyyə oğlu 18 noyabr 1965-ci ildə Qax rayonunun Qaşqaçay kəndində anadan olub.

1987-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirib.

1987-ci ildən SSRİ Silahlı Qüvvələri tərkibində motoatıcı taqım komandiri, motoatıcı bölük komandiri, motoatıcı taborun qərargah rəisinin müavini vəzifələrində xidmət edib.

1992-1998-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində motoatıcı tabor komandiri, qərargah rəisi, hərbi hissənin əməliyyat bölməsi rəisinin köməkçisi, hərbi hissənin qərargah rəisinin müavini, alay komandirinin müavini, briqada komandirinin müavini, hərbi hissənin qərargah rəisi vəzifələrində xidmət edib.

1998-1999-cu illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında, 1999-2000-ci illərdə isə Türkiyə Respublikasının Quru Qoşunları Hərbi Akademiyasında təhsil alıb.

2000-ci ildən Azərbaycan Ordusunun hərbi hissə, birləşmə və birlikləri, həmçinin xüsusi təyinatlı hərbi təhsil müəssisələrində müxtəlif vəzifələrdə xidmət edib.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib.

Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci il tarixli sərəncamı ilə "Vətən uğrunda" medalı, 24.06.2021-ci il tarixli sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı, 24.06.2021-ci il tarixli sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı və 24.06.2021-ci il tarixli sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.

13.08.2015-ci il tarixdən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

23.07.2021-ci il tarixdən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı vəzifəsinə təyin edilib.(Modern)

Ailəlidir. İki övladı var.

Son xəbərlər

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Səhnədən biznesə: Ulduzlar nədən pul qazanır?

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

"Forsaj" serial olacaq

Bizə bilik öyrədənlər qarşısında baş əyməliyik

TƏRANƏ GƏDƏBƏYLİ — DAĞLARDAN GƏLƏN SƏS

"Bir telini ağarmağa qoymaram..." - Sevinc Yunuslu

ABŞ Kubaya yanacaq daşıyan gəmini saxlayıb

Dünyanın ən böyük xizək mərkəzlərindən biri artıq Azərbaycanda!

İlham Əliyev: Gələn il təhlükəsizlik üçün təqribən 9 milyard manat nəzərdə tutulur

Moldova Azərbaycan şirkətlərinin Aİ bazarına çıxışına dəstək verə bilər

Prezidentdən Misir Mərdanovla bağlı - Sərəncam

Endirim imkanlarınızı artıracaq xəbərimiz var!

Binəqədi şosesində yol hərəkətinin təşkili dəyişdirilib

15 yaşlı qız evlənmək məqsədilə qaçırıldı

91 yaşlı qadın qazı əyləclə səhv saldı - Xəsarət alanlar var

“Melissa Park”ın əməkdaşı külli miqdarda narkotiklə tutuldu

Rusiya onları beynəlxalq axtarışa verdi

Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artırılacaq - Prezidentdən göstəriş

Şagirdlər evdən gətirilən vaxtı keçmiş şirniyyatı yedilər - 21 nəfər zəhərləndi - Yenilənib - Foto

“Birliyin gücü-2026” təlimləri başa çatdı

Göz quruluğunun səbəbi bəlli oldu

Ötən ay dövlət sərhədini pozan 16 əcnəbi saxlanılıb

Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq

43 yaşlı kişi təcili yardım mərkəzinin həyətində öldü

Rusiya ordusu Kiyevə zərbə endirib, Dnepr çayı üzərindəki əsas körpü vurulub

BİZİM GÜLNAR XANIM

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031