Xəbərlər
10.01.2024, 01:11
Ekvadorda silahlılar telekanalın aparıcılarını canlı yayımda girov götürüblər
Silahlı şəxslər Ekvadorun “TC Television” telekanalının studiyasına soxularaq canlı yayımda olan aparıcıları girov götürüblər.
Turaztv.az AZƏRTAC -a istinadən xəbər verir ki, bu barədə “El Universo” qəzeti məlumat yayıb.
Canlı yayımdan görüntülərdə altı maskalı şəxsin yerdə uzanmış telekanalın əməkdaşlarına silah tuşladığı görünür.
Qeyd edək ki, Ekvadorda son illərdə cinayətlərin sayı kəskin artıb. Bazar ertəsi ölkə prezidenti Daniel Noboa həbsxanalarda asayişi bərpa etmək üçün fövqəladə vəziyyət və komendant saatı elan edib. Bundan əvvəl bir neçə cəzaçəkmə müəssisəsində iğtişaşlar olub.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay