Xəbərlər
19.11.2023, 00:38
“Zenit”in baş məşqçisi: Ümid edirəm ki, bu matç Rusiya və Azərbaycan futboluna töhfə verəcək
“Neftçi” ilə oyunda meydanda xoş əhvali-ruhiyyə var idi. Bakı klubuna bu oyuna görə təşəkkür edirəm.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Rusiyanın “Zenit” klubunun baş məşqçisi Sergey Semak “Neftçi”yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra təşkil edilən mətbuat konfransında deyib.
“Neftçi”nin daim inkişaf edən güclü komanda olduğunu vurğulayan S.Semak bildirib: “Azərbaycanda ən çox azarkeşi olan klublardan biridir. Klub legionerlərin transferi ilə daha da təkmilləşib. Bunun sayəsində mübarizənin aydın hiss olunduğu bir oyun izlədik”.
On doqquz il əvvəl Bakıya futbolçu kimi gəldiyini söyləyən rusiyalı çalışdırıcı Ruslan Abışovun vida matçına çıxmasından da danışaraq deyib: “O, vurduğu qollar və məhsuldar ötürmələri ilə keyfiyyətli oyunçu olub. Bunlar azarkeşlərin xatirəsində daim qalacaq”.
Mütəxəssis dubl edən Reziuan Mirzovu da təbrik edib: “Əsasən ikinci qol təqdirəlayiq idi. Bizim futbolçularımız isə yaxşı oyun nümayiş etdirə bilmədilər. Buna baxmayaraq, bu oyun gənc futbolçularımız üçün yaxşı təcrübə oldu. Belə komandalarla əməkdaşlıq etdiyimizə görə çox şadam. Ümid edirəm ki, bu matç Rusiya və Azərbaycan futboluna töhfə verəcək”, - deyə o əlavə edib.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay