Xəbərlər
15.11.2023, 20:48
“Neftçi” yetirməsi üçün vida matçı təşkil edəcək
Ötən ay karyerasını başa vuran Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Abışov yetirməsi olduğu "Neftçi"nin heyətində vida matçı keçirəcək.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, 36 yaşlı keçmiş yarımmüdafiəçinin futbolla rəsmən vidalaşması "ağ-qaralar”ın Bakıda Rusiyanın "Zenit" komandasına qarşı oynayacağı yoldaşlıq görüşünə təsadüf edəcək.
Noyabrın 18-də “Neftçi Arena”da oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq.
Qeyd edək ki, Ruslan Abışov 2006-2012 və 2017-2019-cu illərdə “Neftçi”də çıxış edib. O, 2011-ci və 2012-ci illərdə paytaxt klubunun heyətində Azərbaycan çempionu olub.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay