Zəngilanın Baş planının detalları açıqlandı


30 il öncə Ermənistanın işğal edərək tamamilə talan etdiyi Zəngilan şəhəri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusu tərəfindən 2020-ci ildə azad edilərək bugün yenidən canlanır, öz intibah dövrünə qədəm qoyur. Dövlət başçısının göstərişinə əsasən, aparıcı qlobal şəhərsalma prinsipləri nəzərə alınaraq şəhərin planlı və sistemli inkişafını təmin etmək məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şəhərin Baş planı hazırlanıb və aidiyyəti dövlət orqanları ilə razılaşdırılaraq 30.10.2023-cü il tarixində Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilib. Zəngilanın Baş planının hazırlanması üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi nüfuzlu beynəlxalq şəhərsalma təşkilatı – İsveçrənin “sa_partners” şirkətini və Bakı Dövlət Layihə İnstitutunu əməkdaşlığa cəlb edib.

Komitədən verilən xəbərə görə, Baş planın konsepsiyasına əsasən, Zəngilan logistika, turizm və ticarət, bərpa olunan enerji, müasir innovasiyalar mərkəzi kimi inkişaf etdiriləcək. Şəhərin beynəlxalq əhəmiyyəti nəqliyyat dəhlizinin üzərində yerləşməsi onun strateji məntəqə rolunu gücləndirəcək, sürətli inkişafına töhfə verəcək. Şəhərin bilavasitə yaxınlığında ən müasir dünya standartlarına uyğun inşa edilərək artıq istismara verilmiş Zəngilan Beynəlxalq Hava Limanı, inşası davam edən magistral dəmir və avtomobil yolları onu əhəmiyyətli regional logistik mərkəzə çevirəcək.Eyni zamanda şəhər gözəl iqlimi, mənzərəli landşaftı, yaşıl çayətrafı bulvarı və digər ictimai məkanları, habelə “ağıllı şəhər”, “ağıllı mobillik” və “yaşıl enerji” yanaşmaları, zövqlü memarlığı, rahat şəhər mühiti və müasir sosial infrastrukturu sayəsində yüksək həyat keyfiyyəti ilə seçiləcək.

Zəngilan şəhərində yaşayış ərazilərinin və ictimai məkanların uğurlu plan həlli yüksək yaşıllaşdırma göstəricilərinə nail olmağa imkan verir. Belə ki, Baş plana uyğun olaraq şəhər ərazisinin 135,2 ha (40,5%) sahəsini yaşıllıqlar təşkil edir. Şəhərlərdə ümumi istifadədə olan yaşıllıq sahəsinin bir adama düşən norması qanunvericiliklə 8-10 m2 nəzərdə tutulduğu halda, Zəngilan şəhərində bu göstərici 44,7 m2 təşkil edəcək.

Şəhərin Baş Planı ilə ümumi ərazisi – 333 ha, əhali sayı isə – 16000 nəfər olacaq.

Şəhərdə yaradılacaq əsas təhsil, inzibati, səhiyyə və mədəniyyət obyektləri:

- 960 uşağın təhsil alacağı 4 məktəbəqədər təhsil müəssisəsi,
- 2880 şagird yerlik 3 ümumtəhsil müəssisəsi,
- mərkəzi rayon xəstəxanası və ambulator poliklinika,
- inzibati bina,
- mədəniyyət mərkəzi,
- İşğal və Zəfər muzeyləri kompleksi və s.

Şəhərdaxili küçə-yol şəbəkəsinin uzunluğu 29 km, velosiped yollarının uzunluğu isə 14,6 km kimi nəzərdə tutulub. Şəhərin memarlıq simasını milli ənənələri özündə qoruyan müasir və minimalist həllər, eləcə də zəngin təbiəti, sağlam və yaşıl mühiti formalaşdıracaq. Binaların inşasında əsasən yerli materiallardan istifadə olunacaq. Fasadlarda təbii daş və boya, taxta elementlərinə üstünlük veriləcək.

Şəhərin Baş planı əsasında ilk mühüm layihələr artıq reallaşdırılmışdır. Bunlar, təbii ki, Zəngilan Beynəlxalq Hava Limanı və 29 sentyabr 2023-cü il tarixində dövlət başçısının da iştirak etdiyi II Milli Şəhərsalma Forumuna ev sahibliyi etmiş Zəngilan Konqres Mərkəzidir.
Eyni zamanda, hazırda şəhərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təməli qoyulmuş bir sıra layihələr sürətlə həyata keçirilməkdədir:
- 630 ailənin yaşayacağı 4 yaşayış məhəlləsi;
- 960 yerlik tam orta məktəb;
- 160 yerlik uşaq bağçası;
- 91 çarpayılıq mərkəzi rayon xəstəxanası;
- inzibati bina;
- İşğal və Zəfər muzeyləri kompleksi.

Son xəbərlər

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930