Niyə deputat olmaq istəyirsiniz? – CAVABLARA BAXIN...
Azərbaycanda fevralın 9-da növbədənkənar parlament seçkiləri keçiriləcək. Artıq namizədlərin irəli sürülməsinə başlanılıb. Mərkəzi Seçki Komissiyasının son məlumatına görə, 456 şəxsin namizədliyi təsdiqlənib.

Maraqlıdır, ayrı-ayrı peşə sahibləri, nüfuzlu və ya sıravi vətəndaşlar niyə deputat olmaq istəyirlər?

Modern.az bu sual ətrafında deputatlığa namizədlər arasında sorğu keçirib.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu cəmiyyətimiz, millətimiz və xalqımızla bağlı çoxlu ideyalarının olduğunu söyləyib:

"Bunun həyata keçirilməsi üçün ən yaxşı vasitə məhz parlamentdir. Qanunvericilik təşəbbüsü məhz parlamentə məxsus olduğuna görə, biz cəmiyyətin inkişafı, milli problemlərin həllinə kömək edəcək qanunların təklifinə başlamalıyıq. Ona görə, mən partiya sədri kimi xalq üçün reallaşdırmaq istədiyim fikirləri Azərbaycan qanunları çərçivəsində reallaşdırmağı məqsədəuyğun hesab edirəm”.

Beşinci Çağırış Milli Məclisin deputatı Vahid Əhmədov 15 ildir Quba camaatını Milli Məclisdə təmsil etdiyini xatırladıb:

"Bu müddət ərzində rayonda, eləcə də ölkə üçün xeyli iş görülüb. Bundan sonra da yarımçıq qalan - işlərimizi davam etdirməyi düşünürəm. İnsanlar da bunu dəstəkləyir”.

Təhsil eksperti Kamran Əsədov isə öncə doğulub boya-başa çatdığı rayonun problemlərini sadalayıb:

"Mən Nefçalada doğulub, böyümüşəm. Kəndimizdə nə uşaq baxçası var idi, nədə ki, məktəb. Bunlar üçün 10 kilometr uzaqda olan qonşu kəndlərə gedirdik. 2003-c ildə orta məktəbi bitirib, təhsil almaq üçün Neftçaladan çıxdım. 2007-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin bakalavr, 2009-cu ildə magistr, 2015-ci ildə BDU-nun Azərbaycan tarixi kafedrasını Vətən tarixi üzrə doktoranturanı, 2018-ci ildə MEA-nın Tarix institutunun Qafqaz ölkələri tarixi şöbəsinin doktorantura pulləsini bitirdim, orta məktəblər üçün tarix dərsliklərinin müəllifi oldum. Bu illər ərzində Neftçalaya gedəndə orada heç bir inkişaf, dəyişiklik görmədim. Hər dəfə rayona gedəndə insanların problemlərini deməyə deputatlarını görmədiklərini, məmurların onlara xidmət etmədiklərini eşitdim, gördüm. Digər tərəfdən isə ölkədə təhsilin inkişafı üçün qanunvericilik bazasının formalaşmasında müəyyən çatışmazlıqların olduğunun şahidi oldum. Hələ də içməli su, işsizlik ilə bağlı problemlər qalmaqda davam edir. Əsas məsələ, bizim kənddə yenədə məktəb, bağça, kitabxana, poçt yoxdur.


Kənd və qəsəbə daxili yollar bərbad vəziyyətdədir, hələ də qəzalı vəziyyətdə olan məktəblər var, qazlaşma ilə bağlı rayonda problemlər mövcuddur. 80 mindən çox əhalisi olan, 50 dən çox yaşayış məntəqəsi olan Neftçala kəndlərində bankomat yoxdur. Kəndlilər təqaüdlərindən pul çıxarmaq üçün rayon mərkəzinə, qonşu kəndə gedirlər. Kəndlərdə baxçaların olmaması uşaqların normal inişafına maneə yaradır. Rayon üzrə cəmi 16 uşaq bağçası var ki, bu da bağça yaşlı uşaqların yalnız 4 faizini əhatə edir”.

Kamran Əsədov qətiyyətlə vurğulayıb ki, insanlara dəstək verməyi özünə borc bilir:

"Neftçalalıların mövcud problemlərinin həllində mənim dəstəyimə ehtiyacları var. Mən deputat mandatı uğrunda mübarizə aparmıram, mən ölkə Prezidentinin siyasətinin yerlərdə tam şəkildə həyata keçirilməsini təmin etmək üçün, ölkəmizin, rayonumuzun inkişafı, təhsil qanunvericiliyinin təkmilləşdirilməsi üçün bu marafona qoşulmuşam. Neftçalalıların dərdini dinləyəcək, onlara yol göstərəcək, onların içindən çıxmış birinə ehtiyacları var. Hesab edirəm ki, bilik və bacarıqlarım, təcrübəm həm ölkəmizin, həm təhsilimizin, həm də Neftçalamızın inkişafına xidmət edəcək. Mən bunu edə biləcək kompitensiyaya malikəm. Mənim deputat olmağım məndən çox ölkəmiz, dövlətimiz, Neftçalamız üçün faydalı olacaq”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı isə səbəblərini bu cür ifadə edib:

"Bir şəxs tək namizədliyini irəli sürdüyü dairənin deputatı seçilmir, millət vəkili seçilir. İndiyə qədər millət üçün etdiyimiz işlərin davamı üçün namizədliyimi irəli sürdüm”.

Demokratik İslahatlar Partiyasının sədri, beşinci çağırış Mİlli Məclisin deputatı Asim Mollazadənin isə əsas məqsədi müasir, demokratik Azərbaycandır:
"İslahatların davamı, bunun nəticəsində qüdrətli Azərbaycan dövlətinin formalaşdırılması əsas niyyətimizdir. Azərbaycanın ərazi bütövlüyü və güclü dövlət kimi inkişafı hər bir vətəndaşın istəyi olmalıdır. Əsl deputat məhz dövlətinə sədaqətlə xidmət etməlidir”.

Ana Vətən Partiyasının sədri, beşinci çağırış Milli Məclisin deputatı Fəzail Ağamalı növbəti çağırışda deputat seçiləcəyi təqdirdə siyasi proseslərdə yeni hədəflərinin olmadığını söyləyib:

"Mənim hədəfim güclü, demokratik, bütöv Azərbaycandır. Bu amala partiya sədri kimi illərdir xidmət edirəm. Bu xidmətimi yenidən deputat seçilsəm, davam etdirəcəyəm”.

Son xəbərlər

Rusiyada helikopterin sərt enişi zamanı 10 nəfər yaralanıb

Kütləvi məzarlıqlar və mina terroru: Ermənistan beynəlxalq öhdəliklərini yerinə yetirmir - ŞƏRH

Emin Əmrullayev Qaxda vətəndaşları qəbul edəcək

Bankların adından kiberdələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Prezidentin köməkçisi: Qafqaz regionunda yeni status-kvo formalaşır

Sabirabadda Kür çayı məcrasından çıxıb

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

Əraqçi: ABŞ-nin Yaxın Şərqdəki faktiki hərbi xərcləri rəsmi rəqəmləri əhəmiyyətli dərəcədə üstələyir

Dövlət vəsaitindən təyinatı üzrə istifadə etməmə cinayət sayılacaq

Ədalət Fərəcov 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib

Ölkədə bu ənənə ləğv EDİLİR?

Estetiklə Pınar Altuğa bənzədi - FOTO

Məşhur aktyor borc batağında

Devrim onunla sevgilidir? - Foto

Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında Konvensiya dəyişikliklər ratifikasiya olunub

İcbari Sığorta Bürosu: Birinci rübdə 139 min manat kompensasiya ödənilib

Milli Məclis Avropa Parlamenti ilə bağlı qərar qəbul edəcək

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Əhməd İsmayılov: Dövlət-media-cəmiyyət vəhdəti istənilən qlobal çağırışın öhdəsindən gəlməyə imkan verir

Azərbaycan nefti cüzi ucuzlaşıb

"Sabah" son 18 mövsümdə Azərbaycanda ilk çempionluğunu yaşayan yeganə komandadır

Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir

Avropa Liqası: "Nottingem" və "Braqa" qələbə qazanıb

Konfrans Liqası: "Rayo Valyekano" qalib gəlib, "Şaxtyor" məğlub olub

FIFA prezidenti: İran 2026-cı il Dünya Kubokunda iştirak edəcək

“Bu, hərbi əməliyyatların genişləndirilməsidir”

Quql “Qarderob” funksiyasını təqdim edəcək

İnsanlar hansı yaşda ən xoşbəxt və ən sağlam olurlar? Dəqiq rəqəm AÇIQLANDI

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031