Avropa təkcə enerji böhranına deyil, həm də siyasi böhrana qədəm qoymaq ərəfəsindədir
Rusiyaya qarşı iqtisadi sanksiyaların tətbiqi ilə əlaqədar enerji böhranı keçirən Avropa İttifaqına (Aİ) daxil olan dövlətlər Yaxın Şərqdə baş verən silahlı toqquşmadan sonra daha çox təşvişə düşüblər.

AZƏRTAC “Reuters” agentliyinə istinadla bildirir ki, indi Aİ-yə üzv dövlətlərin əsas qorxusu İrandır. Onlar hesab edirlər ki, İsrail-Fələstin münaqişəsinə qoşulan İran Hörmüz boğazını bağlaya və neft tankerlərinin boğazdan keçməsinə icazə verməyə bilər.

Vurğulanıb ki, dünya bazarının 20 faizdən çoxu Yaxın Şərq ölkələrində hasil edilən neftlə təmin olunur. Rusiyanın Ukraynaya qarşı apardığı hərbi əməliyyatlara görə Avropa İttifaqı bu ölkədən neft və qaz almaqdan imtina edib. Qış aylarının yaxınlaşması Aİ-yə üzv ölkələri daha dərindən düşünməyə vadar edib.

“Reuters” agentliyi vurğulayıb ki, Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simsonun iştirakı ilə üzv dövlətlərin enerji nazirlərinin geniş tərkibdə iclası keçirilib. İclasda qeyd edilib ki, əgər Yaxın Şərqdəki münaqişə genişlənib region dövlətlərinin müharibəsinə çevrilsə, o zaman dünya bazarında neft qıtlığı yaranacaq və bazarın tələb-təklif prinsipinə uyğun olaraq qiymət kəskin surətdə artacaq. Maliyyə baxımından o qədər də problem yaşamayan Aİ üçün qiymət artımı böyük bəla sayıla bilməz. Məsələnin mahiyyəti ondan ibarətdir ki, dünya bazarında neft qıtlığı yaranacağı təqdirdə, Aİ Rusiyadan yenidən neft almaq məcburiyyətində qalacaq.

İclasda iştirak edən Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib ki, əgər Avropa İttifaqı Rusiyaya qarşı 12-ci sanksiyalar paketini qəbul olunmaq üçün müzakirəyə çıxarsa, rəsmi Budapeşt veto hüququndan yararlanacaq. Onun sözlərinə görə, sanksiyalar Macarıstanın milli iqtisadiyyatına onsuz da çox mənfi təsir göstərir. Əlavə sanksiyalar isə enerji daşıyıcılarının qiymətinin kəskin artmasına səbəb olacaq ki, dövlət bu yükü daşıya bilməz.

Göründüyü kimi, Aİ hazırda təkcə enerji böhranına deyil, siyasi böhrana da qədəm qoymaq ərəfəsindədir.

Bəzi Avropa dövlətlərinin destruktiv mövqeyini nəzərə almasaq və məsələyə geosiyasi baxımdan yanaşsaq, Azərbaycanın Avropa üçün siyasi və iqtisadi əhəmiyyətinin artdığını görərik.

Energetika Nazirliyinin məlumatına görə, cari ilin yanvar-may aylarında Azərbaycanın təbii qaz ixracının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz artıb. Həmin dövrdə Azərbaycan Avropaya 4,8 milyard kubmetr qaz ixrac edib.

Hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql edildiyi Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik qaz boru kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir. TAP konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün texniki işləri həyata keçirir və kəmərin ötürücülük qabiliyyəti ildə 20 milyard kubmetrə çatdırılacaq. Azərbaycan 2025-ci ildən başlayaraq Avropaya ildə 20 milyard kubmetr qaz ixrac edəcək və bu, son deyil. 2027-ci ildə isə ixrac həcminin daha da artacağı gözlənilir.

Son xəbərlər

Türkiyə Milli Müdafiə Universitetinin nümayəndə heyəti Naxçıvanda olub

Bakıda Atatürk və Antena parkları birləşdirilir

Azərbaycanda "Son zəng"in keçirilməsi üçün tələblər müəyyənləşib

Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak üçün ödəniş məbləği təsdiq edilib

Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir

İraq Hörmüz boğazının bağlanmasına baxmayaraq neft ixracını davam etdirir

XİN: Bakının çoxtərəfli diplomatiya üçün önəmli mərkəz qismində əhəmiyyəti artır

İkinci Dünya müharibəsi veteranlarına birdəfəlik maddi yardım veriləcək

Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi

Uşaqlıqda olanları niyə böyüyəndə xatırlamırıq?

Faizlə borc vermək qanunidirmi? - Ali Məhkəmədən açıqlama

Dostunun yasında vəfat etdi

SEVİNC YUNUSLU : O şəhərə.. - FOTİ

“Yıldız”la “Ender” yenidən bir arada - FOTOLAR

Prezident Samir Şərifova yeni vəzifə verdi

Bukmeykerlər Azərbaycanı "Avroviziya-2026"da favorit hesab etmir

Milli Məclisin növbəti iclasının gündəliyinə 11 məsələ daxil edilib

Ali Məhkəmə: Faiz müqabilində borc verilməsi təhlükə yarada bilər

“Roskomnadzor” rəhbərliyinə qarşı terror aktının qarşısı alınıb, 1 nəfər zərərsizləşdirilib, 7 nəfər tutulub

Ombudsmanın nümayəndələri repatriantlarla görüş keçirib

Ağcabədidə ev yanıb, bir nəfər ölüb

Hövsan qəsəbəsinin bir hissəsində işıq olmayacaq

Nazir özünə yeni müşavir təyin etdi - Foto

Finlandiyalı bloqer estetik əməliyyatdan sonra görmə qabiliyyətini itirdi

Azərbaycan BMT-nin mühüm konvensiyasına qoşuldu - Foto

Şərafəddin Ilkin : DÜŞÜNÜRSƏNMİ... - FOTO

Solmaz Şirin : CAVANLIQ - FOTO

XƏLİL MİRZƏ : Bu səfar dərdinəm - FOTO

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930