Xəbərlər
16.10.2023, 00:55
ŞÜKUFƏ HACIMƏMMƏDQIZI: Yollar - FOTO
Yollar
Qaçışır insanlar oyan,bu yana,
Şaxtadan,günəşdən hey yana-yana.
Qazanmaq üçün bir parça çörək
İstəyirTanrıdan azacıq kömək.
Yollar uzun,yollar gödək,
Zaman iti,zaman zirək.
Gecə qovur gündüzü,
Gündüz qovur gecəni.
Hərlənsək də dünyanı
Tutmaq olmur zamanı.
Yollar uzun, yollar gödək,
Zaman iti, zaman zirək.
Bütün çətinliyə sinə gərərək
Tikdiyi binada, saldığı bağda
Qismət olacaqmı ona dincəlmək,
Rahat evindəmi, yoxsa yollarda.
Yollar uzun, yollar gödək,
Zaman iti, zaman zirək.
İlahi, zamanın hökmünə bir bax,
Ona çatmaq üçün qaçırıq ancaq.
Yetə bilməsək də mənzil başına,
Yaxınlaşırıq məzar daşına.
Yollar uzun, yollar gödək,
Zaman iti, zaman zirək.
Şaxtadan,günəşdən hey yana-yana.
Qazanmaq üçün bir parça çörək
İstəyirTanrıdan azacıq kömək.
Yollar uzun,yollar gödək,
Zaman iti,zaman zirək.
Gecə qovur gündüzü,
Gündüz qovur gecəni.
Hərlənsək də dünyanı
Tutmaq olmur zamanı.
Yollar uzun, yollar gödək,
Zaman iti, zaman zirək.
Bütün çətinliyə sinə gərərək
Tikdiyi binada, saldığı bağda
Qismət olacaqmı ona dincəlmək,
Rahat evindəmi, yoxsa yollarda.
Yollar uzun, yollar gödək,
Zaman iti, zaman zirək.
İlahi, zamanın hökmünə bir bax,
Ona çatmaq üçün qaçırıq ancaq.
Yetə bilməsək də mənzil başına,
Yaxınlaşırıq məzar daşına.
Yollar uzun, yollar gödək,
Zaman iti, zaman zirək.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













