Xaçatryanla üz-üzə dayanan Murad Hüseynov kimdir? - FOTO
Xocalının Meşəli kəndində soyqırımı törədənlərdən biri Vaqif Xaçatryanın ötən gün keçirilən ilk məhkəməsi bir sıra maraqlı məqamlarla yadda qaldı. Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb. Bunlardan biri də Hüseynov Murad Tofiq oğludur.

Turaztv.az Qafqazinfo-ya istinadən xəbər verir ki, eyni zamanda, Xocalı Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri olan Murad Hüseynov Xaçatryangilin törətdiyi terror zamanı 8 yaşında olub. Atası Tofiq Hüseynov Azərbaycanın Milli Qəhrəmanıdır.
Dünənki məhkəmədə Vaqif Xaçatryanla üz-üzə dayanan zərərçəkmiş Murad Hüseynov, Xocalı faciəsində atası Tofiq Hüseynovu, anası Məxmər Ələkbərovanı, əmisi Bakir Hüseynovu, hər iki baba və nənəsini, eləcə də, xalası Məhbubəni, onun övladları - Çinarə ilə Çingizi, ümumilikdə isə 49 yaxınını itirib. Onlardan yalnız atası Tofiq Hüseynovun məzarı var.
Xaçatryanla üz-üzə dayanan Murad Hüseynov kimdir? - FOTO

Tofiq Hüseynovun övladları Murad, Yasəmən, Əfsanəni isə Xocalıdan çıxan axırıncı helikopterlə xalaları Mehparə xanım çıxarıb. Tofiq Hüseynovun həyat yoldaşı Məxmər Ələkbərova isə tapılmayıb. Onun ermənilər tərəfindən qətlə yetirilməsi faciədən 16 il sonra üzə çıxıb. Belə ki, Hüseynovlar ailəsi rus jurnalistin Xocalıda çəkdiyi kadrlara baxanda babasıgilin evinin qarşısına Məxmər xanımın, bacısı Məhbubənin və onun övladları Çinarə ilə Çingizin meyitini görüblər. Bunadək ailə onları əsir bilirmiş...
Həmin foto...
Xaçatryanla üz-üzə dayanan Murad Hüseynov kimdir? - FOTO

Faciə zamanı hərbçi Bakir Hüseynov da Xocalıda döyüşlərdə iştirak edib. Onun taleyi ilə bağlı həmin gecədən indiyədək heç bir məlumat yoxdur. O, erməni vandalizmi nəticəsindən itkin düşən minlərlə soydaşımızdan biridir.
Milli Qəhrəman Tofiq Hüseynova gəlincə, o, 1954-cü ildə Xocalıda anadan olub. Xocalı şəhər orta məktəbində hərbi hazırlıq müəllimi kimi çalışıb. Qarabağ müharibəsi başlayandan sonra, 1991-ci ildə Xocalıda özünü müdafiə taborunun yaradıcılarından biri olub. Onu Xocalıda “Mixaylo” adlandırırdılar. Birinci Qarabağ müharibəsi zamanı bir sıra qəhrəmanlıqlarla yadda qalan, yüzlərlə soydaşımızı təhlükəsiz əraziyə köçürməyi bacaran Tofiq Hüseynov, son döyüşündə qumbaranı sinəsinə sıxaraq özü ilə bərabər yaxınlığındakı düşmənləri də partladıb. Onun nəşi 20 gün sonra erməni əsirlə dəyişdirilib. Milli Qəhrəmanımız Bakının Şəhidlər Xiyabanında dəfn olunub.

Son xəbərlər

Cəlilabadda salatdan zəhərlənmə - 10 nəfər xəstəxanalıq oldu

ZƏKASI, ZƏRİFLİYİ VƏ MÜƏLLİM ŞƏXSİYYƏTİ İLƏ İNSANLARIN QƏLBİNDƏ İZ QOYAN DƏYƏRLİ ZİYALIMIZ — KÖNÜL QOCAYEVA

Rauf İLYASOĞLU : SÖZÜN, SƏNƏTİN VƏ ÖMRÜN İŞIĞINDA - FOTO

Azərbaycan ərazisindən İrana qarşı istifadə olunması şayiələri təkzib edildi

ChatGPT-dən hər həftə 1,2 milyarddan çox insan istifadə edir - OpenAİ

Sevil Gül Nur : Çəkib çıxarasan dərdin ciyərin - FOTO

Tennisçimiz ilk dəfə ATP reytinqinə daxil oldu

7 ölkə vətəndaşlarını İranı tərk etməyə çağırdı

Tramp "super zəkalar"ı bir araya topladı - FOTO

Azərbaycanda bu maşın nömrələrinin qiymətinə ev almaq olar - FOTO

“Açığı, gəzə bilmirəm...” - Abid Şərifov

Bu serialın finalı təxirə salındı

“Xarıbülbül” “Route du Vin” marafonunda

Daşqınlar 23 nəfərin həyatına son qoydu

Leyla Əliyeva Vatikandan paylaşım etdi

Leyla Əliyeva Kardinal Kuvakadla birgə proqramlardan danışdı - Fotolar

“Ana, atam atəş açır, bizi öldürəcək...” - Həmin dəhşətli gecədən danışdı

Azərbaycan və Belarus müasir hərbi təyinatlı məhsulların tədarükünü müzakirə edib

Kamran Əliyev Moskvada Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb

Azərbaycanın səfiri etimadnaməsini İtaliya Prezidentinə təqdim edib

UEFA Çempionlar Liqası: "Sabah" ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq

Rusiya ilə Ermənistan yeni atom enerji bloklarının yaradılmasını müzakirə edib

İlham Əliyev Məsud Pezeşkiana zəng edib

FIFA prezidenti İlham Əliyevə üzərində soyadı yazılmış forma və top hədiyyə edib

Qazimiz vəfat etdi - FOTO

Son 200 ildə edam edilən ilk qadın olacaq - 18 yaşında qətl törətmişdi

KTMT təlimləri Ermənistansız keçirilir: İrəvanın Moskvadan uzaqlaşma strategiyası - ŞƏRH

ŞƏHİD QANI İLƏ YOĞRULAN TORPAQ

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930