Hərbi Prokurorluqdan Xaçatryanla bağlı YENİ AÇIQLAMA
"İstintaqın gedişində yeni faktlar ortaya çıxarsa, Meşəlidə soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryana əlavə ittihamlar irəli sürülə bilər".

Turaztv.az"Report"-a istinadən xəbər verir ki, bunu Azərbaycan Hərbi prokurorunun müavini Fuad Məmmədov İctimai Televiziyada "Diqqət mərkəzi" verilişində deyib.

Onun sözlərinə görə, aparılan araşdırma zamanı Vaqif Xaçatryanın erməni millətindən olan digər şəxslərlə qrup şəklində Meşəli kəndinə hücum etdikləri barədə məlumatlar var:

"Həm şahid, həm də zərərçəkən ifadələri, ekspert rəyləri bunu sübut edir. Orada müxtəlif ekspertizalar keçirilib. Araşdırma zamanı məlum olub ki, bu hücum əvvəlcədən planlaşdırılıb. Əvvəlcədən planlaşdırılması istintaq sübutları ilə öz təsdiqini tapır. Zirehli maşınlarla, transportyorlarla hücuma keçilməsi göstərir ki, bu, əvvəlcədən təşkil edilib. Burada məqsəd insanları kütləvi şəkildə Meşəli kəndindən çıxarmaq, həmçinin onların fiziki məhvinə nail olmaq olub. Ona görə də həmin cinayət işi 103, yəni soyqırımı, eyni zamanda 107, əhalini deportasiya və məcburi köçürmə maddələri ilə Hərbi Prokurorluğun İstintaq şöbəsində araşdırılır", - Hərbi prokurorun müavini qeyd edib.

F.Məmmədov bildirib ki, istintaqın gedişində Meşəli epizodu üzrə 9 nəfərin cinayət törətməsi sübut olunub. Digər şəxslərin aşkarlanaraq barələrində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəmədən qərarlar alınıb.

Vurğulanıb ki, hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir. Bununla bağlı mütəmadi olaraq Baş prokuror və Hərbi prokurora məruzələr olunur.

Qeyd edək ki, Vaqif Xaçatryan erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib.

Qırğın zamanı, 25 azərbaycanlı öldürülüb, 14 nəfər yaralanıb, 358 nəfər azərbaycanlı isə didərgin salınıb. Qeyd edilən kütləvi qırğın ilə əlaqədar aparılan cinayət işi üzrə Xaçatryan Vaqif Çerkezoviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib.

Ona məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, məhz bu cinayət işi çərçivəsində iyulun 29-da Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistana getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

Son xəbərlər

Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir

"Xocəsən" və "Avtovağzal" metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq

Milli Məclisdə tələbə-gənclər təşkilatları ilə görüş keçirilməsi təklif edilib

Şamaxıda fermerlərlə görüşlər keçirilib - Fotolar

Cansunu bu serialda görəcəksiniz

Nikolas Keycə baxan bir də baxdı - FOTOLAR

Nazir: "Yanaşmamız xammalı daha çox emal etməkdir"

Hələ də çap maşınında yazır - FOTOLAR

Polis əməkdaşlarına silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi

Xəzərdə elmə məlum olmayan iki yeni balıq növü aşkarlandı

Payız Azərbaycana bu tarixdə gələcək

Qəzənfər Məsimoğlu : NAR TƏBƏSSÜMÜ - FOTO

Bu məktəblər distant təhsilə keçdi

Bulvara gedənlərin diqqətinə: Bu hissə bağlanır

Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını prioritet hesab edir

UNUDULMAYAN YAXŞILIQ

Sabah Azərbaycanda 34 dərəcə isti olacaq

Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib

UŞAQLIQ ILLƏRIMI XATIRLAYARKƏN ATAM VƏ ANAM XÜSUSI YADA DÜŞÜR - FOTOLAR

MƏN ŞEİR DEMƏYƏ QAÇIB GƏLMİŞƏM - FOTO

Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib

SÖZLƏ TƏBİƏT, İNSANLA ZAMAN ARASINDA

Sentyabrın pensiya ödənişləri yekunlaşıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı kənd yerlərində yaşayan əhaliyə müraciət edib

Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

SEPAH İranın ABŞ ilə uzunmüddətli müharibəyə hazır olduğunu bildirib

Bu şəxslərə bitki çayı içmək olmaz

Amerika televiziya kanalları Trampın çıxışını səssiz yayımlayır - KİV

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930