“Anadolu” agentliyi: “Naxçıvandakı türbələr əsrlərdir ki, bütün əzəməti ilə ayaqda dayanır”
Türkiyənin “Anadolu” agentliyi Mehmet Yusuf Melikoğlunun müəllifi olduğu “Naxçıvandakı türbələr əsrlərdir ki, bütün əzəməti ilə ayaqda dayanır” sərlövhəli reportaj yayımlayıb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, reportajda deyilir: Şərqlə Qərb, Şimalla Cənub arasında körpü rolunu oynayan Naxçıvanda XII əsrə aid əsərlər memarlıq xüsusiyyətləri ilə seçilir. Şəhər mərkəzinin şimal-qərbində yerləşən Qarabağlar Türbə Kompleksi Şərq memarlığının “incilərindən” sayılır. Təxminən 12-14-cü əsrlərdə inşa edildiyi güman olunan kompleks 1998-ci ildə UNESCO tərəfindən Ümumdünya mədəni irsi siyahısına daxil edilib.

Qarabağlar türbəsində çalışan bələdçi Şəhriyar Qasımov “Anadolu” agentliyinin müxbirinə açıqlamasında bildirib ki, tarixi əhəmiyyətli xüsusiyyətlərə malik olan türbə turistlərin böyük marağına səbəb olur. Qasımov qeyd edib ki, regiona Avropa ölkələri ilə yanaşı, ABŞ, Kanada, Yaponiya, Çin və Rusiyadan turizm turları təşkil olunur. Bildirilib ki, Qarabağlar Türbə Kompleksi 12-ci əsrdə İpək Yolu üzərində salındığı üçün karvanların keçid məntəqəsi rolu oynayıb.

Şəhərin bu istiqamətdə inkişaf etdiyini vurğulayan Şəhriyar Qasımov Osmanlı hökmdarlarından olan Süleyman Qanuninin də burada qışlaq iqamətgahının olduğunu və ilin müəyyən dövrlərində burada qaldığını deyib.

Möminə Xatın Türbəsinin isə Türk qadınlarına verilən dəyərin göstəricisi olduğu vurğulanıb. Qeyd edilib ki, Naxçıvanın ən məşhur memarlıq tikililərindən olan bu türbə Eldənizlər dövründə türk qadınları üçün tikilmiş monumental abidə kimi günümüzə qədər gəlib çatan əsərlərdəndir.

Reportajda Möminə Xatın Türbəsinin tikilmə tarixi barədə də məlumat verilir. Diqqətə çatdırılır ki, öz dövrünün nüfuzlu siyasi xadimi olan Möminə Xatın üçün tikilən məqbərə əhəmiyyətinə görə 12-ci əsrdə qadınlara verilən dəyərin göstəricisidir.

Son xəbərlər

Hava limanında saxlanılan Afra sərbəst buraxıldı - Yenilənib

BİR ÖMRÜN GÖZƏL BAŞLANĞICI - FOTOLAR

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

1 milyardlıq mirasını xanımına vəsiyyət edib

Əzizə Ağahüseynqızı : MƏN ŞEİR DEMƏYƏ QAÇIB GƏLMİŞƏM - FOTO

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 7-ci “Yaşıl dağ” ekoloji-sosial aksiyası keçirilib - FOTOLAR

"Google" 403 milyon avro cərimələndi

PAYIZ ƏTİRLİ YARADICILIQ...

Xəzər dənizində zəlzələ olub

Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib

Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "oynayan" rəsmi İrəvan - ŞƏRH

Bakıda iki bağça fəaliyyətə başladı

"Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar

Ağır qəzadan xəsarət almadan qurtuldular - Foto

“Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!”

70 yaşlı qadın polis tərəfindən saxlanıldı - Bu əməllərə görə

İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun tikintisi üzrə razılaşmanı təsdiqləyəcək

Floridada “Şahed-136”nın ABŞ klonu tapıldı - Pentaqon susur

Gələn ildən maaşlardan tutulan gəlir vergisi dəyişir - YENİ HESABLAMA QAYDASI

Alim Qasımov Üzeyirlə duetindən danışdı

Sabah pensiyalar tam ödəniləcək

Bakıda əməliyyat edilən 31 yaşlı həkim vəfat etdi - 80 nəfər qan vermişdi - Foto

27. 09.2026-də, saat 11:00-da hər biriniz QOŞMA ƏDƏBİ MƏCLİSİNƏ dəvətlisiniz

Zakir Həsənov Pakistana başsağlığı verib

Kroufordun oğlu 27 yaşında öldü

Si Cinpin sentyabrın 23-25-də ABŞ-a səfər edəcək

Şuşa ilə 40 ildən sonra...

Rusiyanın Ukraynaya hücumlarında 1 nəfər ölüb, 9 nəfər xəsarət alıb

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930