Xəbərlər
3.10.2023, 22:35
“Mercedes” traktorla toqquşdu, bir nəfər öldü, bir nəfər yaralandı
İmişlidə ölümlə nəticələnən yol qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə axşam saatlarında İmişli-Biləsuvar avtomobil yolunun Çaxırlı kəndindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı “Mercedes” markalı minik avtomobili və traktor toqquşub. Hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.
Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay