EGE Hospital yazıçını mükafatlandırdı
Peşəkar həkim heyəti və yüksək tibbi xidməti ilə ölkədə tanınan xəstəxanalardan olan EGE Hospital həm də xarici mütəxəssislərin iştirakı ilə keçirilən müxtəlif maarifləndirmə, yardım layihələrinin icraçısıdır.

Bizimyol.info xəbər verir ki, bu günlərdə EGE Hospital maraqlı bir yeniliyə imza atıb. Belə ki, xəstəxananın təltif və mükafatlandırma komissiyası “Səhiyyənin Dostu” adlı bir mükafat təsis edib. Bu mükafat təltif olunmuş şəxsə bütün ömrü boyu xəstəxananın müayinə, ambulator və poliklinik xidmətlərindən pulsuz istifadə etmək imkanı verir.

Hospital bu mükafatı ölkənin inkişafında önəmli xidmətləri olan tanınmış şəxslərə təqdim edəcək. Xəstəxana rəhbərliyi həmin şəxslərin səhhətləri ilə bağlı problemlərini öz üzərinə götürməklə onların daha sağlam yaşamasına və bununla da dövlətə, millətə daha gözəl xidmət etməsinə şərait yaratmaq arzusundadır. Mükafat 2019-cu ildən təsis olunub və hər il bir neçə şəxsə verilməsi planlaşdırılır. Komissiya ilk mükafatı yazıçı-psixoloq Rövşən Abdullaoğluna təqdim etmişdir. Rövşən Abdullaoğlu müxtəlif mövzularda yazılmış 26 kitab müəllifidir, onların əksəriyyəti ölkədə ən çox oxunan kitablar siyahısındadır, türk, ingilis, rus dillərinə tərcümə olunmuşdur. Rövşən Abdullaoğlu hazırda elmi araşdırmaları və yazıçılıq fəaliyyəti ilə yanaşı, universitetlərdə psixoloji seminarların, təlimlərin keçirilməsi ilə də məşğuldur. Biz də öz növbəmizdə Ege Hospitalın rəhbərliyinə bu gözəl təşəbbüslərinə görə təşəkkür edir, bu mükafatın və hər sahədə uğurlarının davamlı olmasını arzu edirik.

Son xəbərlər

Azanı qadağan etməyə hazırlaşırlar

ATLAZ SƏTİRLƏR... (Atlaz Rzayinin ilk şeirlər kitabının təqdimatı)

ƏZİZƏ AĞAHÜSEYNQIZI : CƏBRAYIL HƏSRƏTLİ ŞAİR - FOTO

Mən səni eradan əvvəl sevmişəm - FOTO

Məşhur aktyor “Yeraltı”dan getdi - FOTO

"Tik-tok" trendi uşaqları xəstəxanalıq etdi - Valideynlərə XƏBƏRDARLIQ

Silahı Qüvvələr Günü Azərbaycan və Türkiyə hərbi orkestrlərinin bayram konserti ilə qeyd olunub - FOTOLAR

Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi

Kadir İnanır vəfat etdi

Xalq adamı - FOTO

Həftəsonu Bakı və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Polis 61 nəfəri saxladı

Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

“Milli Ordumuz Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə bərpa etdi” - Kamaləddin Qafarov

Niderland Tunis millisini məğlub etdi

Kim Çen In modernləşdirilmiş silah sistemlərinin sınaqlarını izlədi

“Azər Türk Bank”ın şəhid əməkdaşı ordenlə təltif edildi

Şanlı tarixdən Böyük Zəfərə aparan ordu

Azərbaycan neftinin qiyməti 1 %-dən çox artıb

Xankəndi şəhərində hərbçilərin yürüşü keçirilir

Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Burlaxatunun əkiz bacısı da yüksək bal toplayıb

DÇ-2026: Türkiyə mundialı qələbə ilə başa vurub

Alnına buts dəysə də, sarğı ilə oyuna geri döndü - Foto

"Renault" 2027-ci ilədək 800 mühəndisi ixtisar edəcək

İtaliya və Fransa Livana dəstək koalisiyası yaradacaq

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930