Xəbərlər
9.09.2023, 01:23
“Android Framework”də kritik boşluq aşkar olunub
“Android Framework”də kritik boşluq (CVE-2023-35674) aşkar olunub.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, bu boşluq kiberdələduza sistemdə yüksək imtiyazlar əldə etməyə icazə verə bilər. Boşluqdan yaranan bu imtiyazlar icazəsiz girişə və məlumatların dəyişməsinə səbəb ola bilər. Kiberdələduz bu boşluqdan istifadə edərək, həssas sistem resursları və məlumatlar üzərində nəzarət əldə edə bilər.
İstifadəçilərə “Android” məhsullarını ən son versiyaya yeniləmələri tövsiyə olunur.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay