Xəbərlər
31.08.2023, 01:03
Niger hərbçiləri fransız qoşunlarından ölkəni tərk etməyi tələb ediblər
Nigerdə üsyançıların yaratdığı Vətənin Qurtuluşu Milli Şurası Fransadan sentyabrın 3-dək qoşunlarını respublika ərazisindən çıxarmağı tələb edib.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Sky News Arabia” kanalı məlumat yayıb.
Kanal bildirir ki, Niger əhalisi arasında Fransa hərbçilərinin respublikada olmasından narazılıq artır. Ölkədə hakimiyyət orqanlarından Niamey bazasında yerləşdirilən fransız hərbçilərinin Nigeri tərk etməyə məcbur etmək üçün qida, elektrik və su təchizatını kəsmək çağırışları var.
Məlumata görə, Fransaya silahlı qüvvələrini ölkə ərazisindən çıxarmaq üçün 30 gün vaxt vermişdi. Bu müddət sentyabrın 3-də başa çatır.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay