Əziz Nesin və məmurlarımızın bloknotları
“Şu herif hep yazıyor, yahu, bes ne zaman okuyor?!”

Prezident dünən dövlət məmurlarını müşavirəyə topladı. Pambıqçılığın durumu müzakirə olundu. Yenə də dövlət başçısı danışır, müşavirədəkilər dayanmadan bloknotlarına yazırlar. Guya qeydlər götürürlər ki, sonra burda verilən tapşırıqları icra etsinlər. Ancaq təkcə tapşırıqları yazmırlar; hər şeyi yazırlar. Mən indi başa düşürəm ki, Prezidentin: “Rüşvət almayın”, “Camaatı incitməyin” və sair çağırışlarını onun öz komandasının üzvləri niyə icra etmir. Çünki adamların başı müşavirədə Prezidentin çıxışlarını yazmağa, qeydlər götürməyə elə qarışır ki, dinləmirlər. Sadəcə, deyilən sözlərin şəklini çəkirlər, vəssəlam. Sözün deyildiyi an onu eşitmir və görmürlər. Başlarını aşağı salıb elə hey yazırlar, yazırlar. Ancaq sonra görürsən ki, reallıqda bu yazılanların heç birisi gerçəkləşməyib. Ağstafanın icra başçısı Nizaməddin Quliyev də həmişə Prezidentin çıxışlarında dayanmadan yazıb. Ancaq nə olsun ki? Sonra da gedib dayanmadan rüşvət yığıb. Ondan daha böyük, özü boyda, bir az balaca bütün məmurlar elədir; deyiləni eşitmək əvəzinə ancaq yazırlar. Prezidentin yanındakı müşavirələrə baxırsan, iclas masasının arxasında sanki böyük bir steneqrafçılar ordusu oturub. Dövlət rəhbərinin özü də bir dəfə bunlara irad tutmur ki, adamlar, nəyi yazırsınız, niyə yazırsınız? Onsuz da bu müşavirələrdə hər şeyin stenoqramı tutulur, Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAC) bunu yayır, rəsmi qəzetlər tam mətnini dərc edir. Bütün çıxışları başdan ayağa yazmağa nə lüzum var?! Sonra da aparıb o qeydləri Dövlət Təhlükəsizlik Xidmətinin kameralarının nəzarəti altında olan seyfdəki “rüşvət qeydləri”nin arasına qoyursunuz. Və beləcə o müşavirədə deyilənlər də yaddan çıxır, qeyd dəftərindəkilər də.

Universitetdə oxuyanda artıq saralmış, ovulub tökülməkdə olan vərəqlərdən mühazirə oxuyan müəllimlərimiz var idi. Mən, təbii ki, mühazirələri yazmırdım; ədəbi rus dili bilgim olduğu üçün Moskvada nəşr olunmuş dərsliklərdən və dərs vəsaitlərindən oxuya bilirdim. Hətta o zaman dekan müavini olan bir “müəllim”im məni otağına çağırıb mühazirə yazmamağımı irad tutanda dedim ki, mən rusca dərsliklərdən hazırlaşıram. “Müəllim” səninin tonunu qaldırdı:

- Rus dilində niyə oxuyursan?! Professor A.X. yazdığı kitabdan hazırlaşmasan qiymət yazmayacam.

- Onda elə birinci professor A.X.-un özünə “2” yazmaq lazımdır.

- O nə sözdür?

- A.X. o yazdığı kitabı mənim oxuduqlarımdan köçürüb, öz imzası ilə çap etdirib. Xeyli yerlərini də səhv köçürüb.

“Müəllim” eşitdikıərindən necə qorxdusa tüksüz başında və alnında tər damlaları əmələ gəldi. Mənə tərəf əyilib az qala yalvarışla dedi: “Bu dediklərini bir də heç yerdə demə, evimi yıxma. İmtahanda sənə mexaniki yazacam, uşaqların da başını pozma”.

O söhbətdən sonra bir dəfə həmin “müəllim” mənə qarşı “çaşdı”. 90 dəqiqəlik mühazirə dərsinin birinci 45 dəqiqəsindən sonrakı tənəffüsdə “müəllim” dəhlizə çıxanda masanın üstünə qoyub getdiyi mühazirə “konspekt”lərini qarışdırdım. İkinci yarıda kağızların ardıcıllığını düzəltmək üçün deyinə-deyinə xeyli əlləşdi (Adamın ağlına da gəlməyib ki, vərəqləri nömrələsin). Nə qədər əlləşsə də, düzəldə bilmədi. Axırda gördü heç nə alınmır, dərsi davam etdirməyib bizi buraxdı. O gün kurs yoldaşlarım, əsas da qızlar arasında “reytinqim” ən yüksək həddə qalxdı; axırıncı dərs idi, hamı yorulmuş və acmışdı, üstəlik də mühazirə yazmağa həvəs də qalmamışdı. Daha maraqlısı: yadımdadır ki, arada kimsə səs salmışdı, “müəllim” gözlərini vərəqlərdən ayırıb: “Qələmi yerə qoyun qulaq asın. Filankəs sakit dayan” deyəndə yanımda oturan tələbənin dəftərinə gözüm sataşdı: “Qələmi yerə qoyun..." deyə yazmışdı...

Sonda. Məşhur Türkiyə yazıçısı Əziz Nesin Bakıda olanda xalq yazıçısı Süleyman Rəhimov ona öz “Şamo” epopeyasını bağışlayır. Hər biri 500-600 vərəq, beş kitabdan oluşan bu epopeya Əziz Nesinin unudulmaz ironiyasına səbəb olur; səfər yoldaşlarından birinə belə deyir: “Şu herif hep yazıyor. Yahu bes ne zaman okuyor?!”

Əziz Nesinin təbirincə desək, dövlət müşavirələrindəki “şu herif”ler də “hep yazıyor”...

Bahəddin Həziyev

Əziz Nesin və məmurlarımızın bloknotları

Son xəbərlər

Dövlət vəsaitindən təyinatı üzrə istifadə etməmə cinayət sayılacaq

Ədalət Fərəcov 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib

Ölkədə bu ənənə ləğv EDİLİR?

Estetiklə Pınar Altuğa bənzədi - FOTO

Məşhur aktyor borc batağında

Devrim onunla sevgilidir? - Foto

Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında Konvensiya dəyişikliklər ratifikasiya olunub

İcbari Sığorta Bürosu: Birinci rübdə 139 min manat kompensasiya ödənilib

Milli Məclis Avropa Parlamenti ilə bağlı qərar qəbul edəcək

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Əhməd İsmayılov: Dövlət-media-cəmiyyət vəhdəti istənilən qlobal çağırışın öhdəsindən gəlməyə imkan verir

Azərbaycan nefti cüzi ucuzlaşıb

"Sabah" son 18 mövsümdə Azərbaycanda ilk çempionluğunu yaşayan yeganə komandadır

Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir

Avropa Liqası: "Nottingem" və "Braqa" qələbə qazanıb

Konfrans Liqası: "Rayo Valyekano" qalib gəlib, "Şaxtyor" məğlub olub

FIFA prezidenti: İran 2026-cı il Dünya Kubokunda iştirak edəcək

“Bu, hərbi əməliyyatların genişləndirilməsidir”

Quql “Qarderob” funksiyasını təqdim edəcək

İnsanlar hansı yaşda ən xoşbəxt və ən sağlam olurlar? Dəqiq rəqəm AÇIQLANDI

Şanslı insanlar nə zaman doğulur: üç tarix AÇIQLANDI

"Kuruluş Orhan" final edir

Prezident İlham Əliyev: Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər

Dost dostu sınayar çətində, darda - FOTO

Önəmli qələbə oldu - “Neftçi”nin baş məşqçisi

Kral və Kraliçanın şərəfinə bu tarifləri aradan qaldırdı

Azərbaycanda gömrük bəyannamələrinin ləğvi mümkün olacaq

RTÜK Baxçalının serialını da cərimələdi

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031