Mehman Xəlilov: “Uşağı qəsdən öldürmək istəsəm, kameranın altında niyə edirdim?” - VİDEO


Məşq zamanı yeddi yaşlı Fərid Bakarovu xüsusi amansızlıqla öldürməkdə ittiham olunan idmançı Mehman Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Müdafiə və zərərçəkmiş tərəf indiki mərhələdə hər hansı vəsatətlə çıxış etməyiblər.

Dövlət ittihamçısı təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin davam etməsi şərti ilə işin məhkəmə baxışına təyin edilməsini istəyib. İş üzrə baxış iclası sentyabrın 7-nə təyin edilib.

Təqsirləndirilən idmançının vəkili Anar Qasımlı sayta açıqlamasında müvəkkilinə verilmiş ittihamlara münasibət bildirib. Müdafiəçi ittihamlarla razı olmadıqlarını, hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyini deyib:
“Mehman Xəlilovun azyaşlını qəsdən öldürmək niyyəti olmayıb. Əməlindən peşmandır, amma özünü Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adamöldürmə) maddəsi ilə təqsirli bilir. Mehman istintaqa hadisə barədə geniş ifadə verib. İfadəsində deyib ki, əgər qəsdən öldürmək niyyətim olsaydı, bunu idman zalında, kameraların altında niyə edirdim ki? Dediyinə görə, Fərid perspektivli uşaq olub, amma mütəmadi olaraq məşqlərdən yayınırmış. Onu peşəkar idmançı kimi yetişdirmək üçün də bir az təzyiq göstərib. Müvəkkilimin özünə də qəribə gəlir ki, azyaşlı uşağı niyə qəsdən öldürmək istəsin axı? Burada qəsdən öldürmə cinayətindən söhbət gedə bilməz”.

Vəkilin sözlərinə görə, təqsirləndirilən şəxsə ağır ittihamlar verilməsinin əsas səbəblərindən biri sosial şəbəkələrdə ciddi reaksiya göstərilməsi olub.

Qeyd edək ki, hadisə bu ilin aprel ayında baş verib. Mehman Xəlilovun məşqdə azyaşlılara qarşı qəddar davranışlarını əks etdirən görüntülər yayılıb. O, zərərçəkmiş Fərid Bakarovun saçından, başından, qulağından tutaraq havaya qaldırıb, həmçinin təpiklə vurub və digər təhlükəli hərəkətlər edib. Hadisə nəticəsində F.Bakarov vəfat edib.

M.Xəlilova qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, barəsində həbs qətimkan tədbiri seçilib. İbtidai istintaqın sonunda onun əməli Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adamöldürmə) və 120.2.9-cu (xüsusi amansızlıqla və təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələrinə tövsif edilib.

Son xəbərlər

"Problemləri işıqlandırdığımıza görə narazılıq zəngləri gəlir" - AzTV sədri

ABŞ və Ukrayna prezidentləri arasında telefon danışığı oldu

Fransa Paraqvaya qarşı - Yenilənir

Meyiti yaşadığı evin həyətindən tapıldı

Yevlaxda yol qəzası baş verib, avtomobildə sıxılı vəziyyətdə qalan sürücü xilas edilib

BU DÜNYANI SEVGİ XİLAS EDƏCƏK - FOTO

Şahzadə Harri Londona ailəsi olmadan səfər edəcək

DÇ-2026: Mərakeş 1/4 finala vəsiqə qazanan ilk komanda oldu

Afiq Göyçəli...Qəlbi qırma! - FOTO

İnsult riskini azaltmağın - Əsas yolları

İsmayıllıdakı qəzada ölənlərdən biri həkim imiş

"ABŞ İran rəhbərliyinə sui-qəsd etmək niyyətində deyil" - Tramp

Küləklə bağlı xəbərdarlıq edildi

Yay istisində rahat yatmağın yolları

İşlənmiş avtomobil alarkən ilk növbədə nələrə diqqət yetirmək lazımdır – Gizli PROBLEMLƏR

“Arzum"un törətdiyi qəzada ölən Amal narkotikə görə tutulubmuş - Foto

ELMİRA, ALTMIŞIN MÜBARƏK OLSUN - FOTOLAR

Əzizə Ağahüseynqızı : ÜRƏYİMİN QARA QUTUSU - FOTO

Araz Ağalarovun 27 yaşlı xanımı ilk dəfə danışdı - “Yoldaşım yun yorğana üstünlük verir”

35 yaşlı aktrisanın ölümü ilə bağlı ilkin ekspertiza nəticəsi - Açıqlandı

Cevdet Yılmaz: Pakistanın ABŞ-la İran arasında vasitəçi rolunu yüksək qiymətləndiririk

21 yaşlı Fatimənin faciəsi: Əmisi oğlu iki həftə işgəncə verdi, sonra öldürdü

Zelenski Putinə "ələ keçirilmiş" Konstantinovkada görüşməyi təklif edib

Milli Kitabxanada Əliqismət Lalayevin 70 illik yubileyinə həsr olunmuş sərgi açılıb

MƏMMƏD QƏDİR : Bax, məni beləcə unut, əzizim - FOTO

İmişlidə zəlzələ oldu

ABŞ səfirliyi Heydər Əliyev Mərkəzi ilə bağlı - Paylaşım etdi

Bazar günü Azərbaycanda 36 dərəcə isti olacaq

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031