Narahat ruhun rahat günü...FOTO
Narahat ruhun rahat günü...

Turaztv.az təqdim edir:Bu gün I Qarabağ müharibəsi şəhidi, uzun illər itkin kimi yolu gözlənilən Baba Mikayılov doğulub boya-başa çatdığı Göylər kəndində dəfn olunub.
Qısa arayış:
Mikayılov Baba Balakişi oğlu 21 oktyabr 1969 cu ildə Şamaxı rayonunun Göyər kəndində sənətkar ailəsində anadan olub.
1976-1986 cı illərdə Göylər kənd I saylı orta məktəbində orta təhsil alan Baba, məktəbi bitirdikdən sonra SSRİ Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələrində xidmət keçmiş və xidmətini müvəffəqiyyətlə bitirərək öz doğma el-obasına qayıtmışdır.
Ordu sıralarından təxris olunandan sonra o Bakı şəhərində, Neft Daşlarının 1 saylı trestində işə düzəlmiş və neftçi kimi əmək fəaliyyətinə başlamışdır.
1988 ci ildə başlanan Azadlıq mübarizəsinə gənc Baba da etinasız qalmamış, meydan hərəkatında yaxından iştirak etmişdir. Vətənpərvər insan olan Baba Mikayılov Qarabağ savaşı başlanan zaman könüllü olaraq ordu sıralarına yazılmış və 1991 ci ildə müstəqil Azərbaycanın ilk taborunun (Azərbaycan ordusunun özəyi hesab olunan Şıxov batalyonuna) sıralarına daxil olmuşdur. Taborun tərkibində müxtəlif əməliyyatlarda iştirak etmiş və ermənilərə qarşı rəşadətlə döyüşmüşdür.
Daşaltı əməliyyatı və Baba Mikayılov...
Daşaltı əməliyyatı 1992 ci il 25 yanvarda axşam saat 20:00 radələrində başlanıb və yanvarın 26 da axşam saatlarında uğursuzluqla başa çatıb. Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədilə həyata keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev özü birbaşa rəhbərlik edib. Əməliyyatda yenicə yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edib. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan tağımları düşmənin pusqusuna düşərək tamamilə məhv edilib. Kəndə daxil olmuş bir neçə tağım isə xeyli itki verərək geri çəkilə bilib. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib. Bundan başqa, onlarla əsgər itkin düşüb. Döyüşdə ermənilər də bir neçə texnika və 80 nəfərə yaxın canlı qüvvə itirib.
Bəli məhz bu döyüş həmkəndlimiz Baba Mikayılovun və onun silahdaşlarının son döyüşü olmuşdur.
Babanın 31 il narahat olan ruhu artıq rahatdır, o doğma kəndindədir, anası ilə də vidalaşdı.
Gözünüz aydın Mələksima nənə!
Ruhun şad olsun Baba!

Narahat ruhun rahat günü...FOTO
Narahat ruhun rahat günü...FOTO

Son xəbərlər

Emoməli Rəhmon Azərbaycanda səfərdədir

Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında əməkdaşlıq müzakirə olunub

Rusiyadan gətirilmiş 10 min qutu bioloji aktiv qida məhsulu məhv edilib

Laos AQEM-ə üzv qəbul edilib

Emoməli Rahmon Bakıda AQEM sammitində iştirak edəcək

İraqda İŞİD-ə məxsus qurğunun partlaması nəticəsində 2 hərbçi ölüb

Sabah Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq

Sergey Lavrov Bakıda AQEM sammitində iştirak edəcək

“Azərbaycanda İslama münasibətin şübhə altına alınması təəssüf doğurur”

Tupak Şakurun qətlinə görə ilk hökm çıxarıldı - 30 il sonra

“Xalaqızı” vəfat etdi

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabrın pensiyaları ödənilib

Elnur Əliyev: "18 yerli müəssisəyə transformasiya yol xəritəsi hazırlanıb"

İlham Əliyev: "Azərbaycan beynəlxalq miqyasda istifadə oluna biləcək şəhərsalma təcrübəsi yaradır"

Rumıniya PUA-lara görə iki F-16 qırıcısını havaya qaldırıb

UEFA Çempionlar Liqasında II turun növbəti matçları keçiriləcək

Binəqədi, Qaradağ və Sabunçunun bir sıra ərazilərində qaz olmayacaq

Anasının dəfninə getməyib “TikTok”da sərvət qazanmışdı - Səbəbini açıqladı

Səyahət et, qoxla və pul qazan! - Xəyal kimi vakansiya elan etdilər

SEVDİYİM İNSANLAR KÖÇÜR DÜNYADAN

Türkiyədə 80 nəfər qidadan zəhərləndi

Azərbaycanda əhalinin borc yükü artıb

QƏLBİMDƏN GƏLƏN SƏSLƏR...

Moskvaya kütləvi dron hücumu olub, Türkiyədən uçan 10 təyyarə istiqamətini dəyişib

İNSAN BİR CÜR DÜŞÜNÜR, BİR CÜR HƏRƏKƏT EDİR... - FOTOLAR

Əzizə Ağahüseynqızı : Rəssam, gəl evinə gedək payızın.. - FOTO

"İlham Heydər oğlu ilə təzyiqlər yolu ilə danışmaq mümkün deyil" - Asəf Rzayev

Biz də hesaba onun kimi baxırdıq... - Fotolar

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031