Taksilərlə bağlı nə dəyişdi? - Rəsmi açıqlama


Taksi xidməti sektorunda göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, bu sahədə mövcud qanunvericilik bazasının günümüzün tələbinə uyğunlaşdırılması məqsədilə mühüm islahatlara başlanılıb. İlk növbədə qanunvericilik bazası təkmilləşdirilir. “Avtomobil nəqliyyatı haqqında”, “Yol hərəkəti haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Dövlət rüsumu haqqında” Qanunlara, eləcə də İnzibati Xətalar və Vergi Məcəllələrinə dəyişiklik edilməsi ilə bağlı məsələ parlamentin müzakirəsinə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib. Dəyişikliklərlə bağlı Prezident İlham Əliyev 18 avqust 2023-cü ildə Fərmanlar da imzalayıb. Bu, taksi fəaliyyətində səmərəli nəzarət mexanizmlərinin yaradılması baxımından olduqca əhəmiyyətlidir. Dəyişikliklər sahəyə dövlət nəzarətini həyata keçirməyə imkan verəcək, vətəndaşlarımız üçün keyfiyyətli taksi xidmətlərinin təqdim olunmasına, sürücülərin isə layiqli iş şəraiti ilə təmin olunmasına gətirib çıxaracaq.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, qanunvericiliyə olunan dəyişikliklər taksi xidməti sektorunda bir sıra yenilikləri nəzərdə tutur. Son illər gündəlik leksikonda tez-tez rast gəlinən “taksi sifarişi operatoru” ifadəsi ilk dəfə hüquqi-normativ sənədlərdə əksini tapıb. Dəyişikliyə əsasən, taksi sifarişi operatoru fəaliyyəti göstərmək üçün 3000 manat dövlət rüsumu ödənilməlidir.

Qeyd edilib ki, “Lisenziyalar və icazələr haqqında” qanuna edilən dəyişiklik sayəsində taksi xidməti sektorunda tətbiq olunan digər yeniliklər isə buraxılış vərəqəsi və icazə kartı ilə bağlıdır. Buraxılış vərəqəsi taksi fəaliyyəti göstərmək istəyən hüquqi şəxslərə və ya fərdi sahibkarlara təqdim olunan icazə növüdür. Buraxılış kartı isə taksi kimi istifadə olunan nəqliyyat vasitəsi üçün nəzərdə tutulub. “Dövlət rüsumu haqqında” Qanuna əsasən buraxılış vərəqəsi üçün dövlət rüsumu 125, buraxılış kartı üçün isə 25 manat müəyyən edilib.
Ətraflı

Vurğulanıb ki, taksi sifarişi operatoru fəaliyyəti göstərmək üçün icazə, buraxılış vərəqəsi və buraxılış kartı 7 il müddətinə verilir.

Qanunvericiliyin tələbinə riayət olunmasını təmin etmək baxımından nəzarət tədbirlərinin olması mütləqdir. Məhz buna görə də İnzibati Xətalar Məcəlləsinə bir sıra dəyişikliklər edilib. Taksi xidməti sektorunda qanunvericiliyin tələbinin pozulması inzibati məsuliyyət yaradır ki, bunun üçün də cərimə sanksiyaları nəzərdə tutulub. Taksi sifarişi operatorları tərəfindən avtomobil nəqliyyatı haqqında qanunvericiliyin pozulmasına, yəni icazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət göstərilməsinə görə vəzifəli şəxslər on min manat məbləğində, hüquqi şəxslər qırx min manat məbləğində cərimə ediləcək.

Taksi sifarişi operatorları “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, taksi sifarişi xidmətinin göstərilməsi zamanı istifadə olunan fərdi məlumatların informasiya sistemlərini dövlət qeydiyyatından keçirmədiyi və fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərə riayət etmədiyi halda cərimə olunacaq. Vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə edilir.

“Taksi sifarişi operatorlarının informasiya sistemlərində olan sifarişləri, habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatları AYNA İnformasiya Sisteminə real vaxt rejimində ötürülməsini təmin edən mexanizmin yaradılmamasına və ya həmin mexanizmin fəaliyyət göstərməməsinə görə vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə edilir. Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair texniki məntəqə və ya tibb məntəqəsi ilə müqavilələri olmayan daşıyıcıya, habelə müvafiq buraxılış kartı və taksi minik avtomobillərinin sürücülərinin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədi olmayan sürücüyə taksi sifarişi xidmətinin göstərilməsinə görə vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir”, - deyə qeyd olunub.

Son xəbərlər

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

Qeysəriyyə əməliyyatından halı pisləşən 31 yaşlı qadın öldü

“Moskva bizi sınağa çəkir”

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

"Veliaht"dan sonra bu seriala çəkilir - FOTO

Kipr Latviyaya qalib gəldi

İlon Mask yenidən trilyonçu oldu

Ruhun Poeziyası: Püstə Sahibqızının Yaradıcılıq Cığırı

MÜƏLLİM – GƏLƏCƏYİ YETİŞDİRƏN BÖYÜK MİSSİYANIN DAŞIYICISI

TƏNHA ÇİNARIN NAĞILI

İlham Əliyevə dil uzadanlar bilməlidir ki... - Asəf Rzayev

1 ilə 20 kiloqram arıqladı - Foto

“Altın çocuk” 90 yaşında vəfat etdi

30 ildən 44 günə... - Fotolar

Yapon uzun ömürlülərinin sayı 100 min nəfəri keçib - sirri nədir?

Hər gün kitab oxuyan insanlarda bu 5 xüsusiyyət inkişaf edə bilər

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Məktəbin ruhuna çevrilən rəhbər – Rübabə Dadaşovanın səmimi təhsil yolu

Daşdəmir Əjdəroğlu : BİR KÖNÜL SINDIRMIŞAM...

"Çeşmə" Ədəbi Məclisinin növbəti yığıncağı "Şahənşah" restoranında keçirildi - FOTOLAR

İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB

Rubio ABŞ-ın Kiyevdəki səfirliyinin fəaliyyətinin dayandırılmasını istisna etməyib

Sabah bəzi yerlərdə leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Azərbaycanın Zəfəri – aparıcı güclərin sınan müqaviməti - ŞƏRH

Toyda kütləvi dava düşdü: Bir nəfər ölüm ayağındadır

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 21-ə yüksəlib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031