Bakıda Özbəkistan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olub
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə avqustun 1-də Heydər Əliyev Sarayında Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasiminə həsr olunmuş təntənəli konsert proqramı təşkil edilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə mədəniyyət naziri Adil Kərimli Azərbaycanda Özbəkistan Mədəniyyəti Günlərinin keçirilməsindən məmnunluğunu bildirərək, bunun iki qardaş ölkə arasında olan dostluq əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verəcəyini vurğulayıb.

Nazir çıxışında qeyd edib ki, Özbəkistan Mədəniyyəti Günlərinin xüsusi özəlliyi var. Özbəkistan musiqiçiləri, sənətçiləri ölkəmizə 200 nəfərdən çox yaradıcı kollektivlə təşrif buyurublar və zəngin özbək mədəniyyətinin incilərini dörd gün ərzində təqdim edəcəklər.

Azərbaycanla Özbəkistanı birləşdirən qədim tarixi bağlardan, zəngin ortaq mədəniyyət və adət-ənənələrdən söhbət açan nazir deyib: “Xalqlarımız arasında mövcud olan möhkəm və sarsılmaz dostluq münasibətləri tarixi qardaşlığımızın rəmzidir. Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin müstəsna səyləri nəticəsində bu gün iki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri genişlənir və bütün sahələr üzrə əməkdaşlıq inkişaf etdirilir. Ölkəmizin rəhbərləri arasındakı yüksək dostluq münasibətləri, qarşılıqlı görüşlər və səfərlər, səmərəli dialoq, həmçinin əməkdaşlığa mühüm töhfələr verərək əlaqələrimizi yeni müstəviyə qaldırır. Dövlətlərimiz arasında həyata keçirilən tərəfdaşlıq, sadəcə, ikitərəfli münasibətlərin inkişafı ilə məhdudlaşmır. Bir sıra beynəlxalq və regional təşkilatlar çərçivəsində də uğurla davam edir. Biz xalqlarımızın mədəni irsi və dəyərlərinin qorunub saxlanılması, həmçinin qlobal miqyasda təbliği istiqamətində birgə fəaliyyət göstərərək beynəlxalq müstəvidə vahid mövqedən çıxış edirik. Azərbaycan və Özbəkistan xalqı daim bəşər və türk mədəniyyətinə misilsiz töhfələr verib və onu zənginləşdirib. Bir çox sahələrdə olduğu kimi ölkələrimiz arasında mədəniyyət sahəsində də çoxşaxəli əlaqələr inkişaf etməkdədir. Mədəni sahədə əlaqələrin inkişafında Daşkənd şəhərində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin rolunu da xüsusi qeyd etmək lazımdır. Mərkəz xalqlarımızın bir-birinə yaxınlaşması istiqamətində mühüm layihələr həyata keçirir”.

Sonra Özbəkistanın mədəniyyət naziri, bu ölkənin Xalq artisti Ozodbek Nazarbekov səmimi qəbula və Azərbaycanda Özbəkistan Mədəniyyəti Günlərinin keçirilməsində dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib. Xalqlarımızı çoxəsrlik dostluq əlaqələri və ortaq tarixi inkişaf yolunun birləşdirdiyini vurğulayan nazir qeyd edib ki, ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsində hər iki ölkə başçısının səmimi dostluq münasibətlərinin mühüm rolu vardır.

Daha sonra Özbəkistan Dövlət Simfonik Orkestrinin müşayiətində Azərbaycan və Özbəkistan incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı təqdim olunub. Proqramda milli, həmçinin klassik əsərlərdən nümunələr səsləndirilib.

Qeyd edək ki, konsertdən əvvəl nazir Ozodbek Nazarbekovun rəhbərliyi ilə nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını da ziyarət ediblər. Avqustun 1-dən 4-dək Bakıda Azərbaycan və Özbəkistan Mədəniyyət nazirliklərinin təşkilatçılığı ilə mədəniyyət günləri çərçivəsində həyata keçirilən böyük konsert proqramı ilə yanaşı, növbəti günlərdə teatr tamaşalarının nümayişi, kitab sərgisinin açılışı və digər maraqlı tədbirlər nəzərdə tutulub.

Son xəbərlər

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

Qeysəriyyə əməliyyatından halı pisləşən 31 yaşlı qadın öldü

“Moskva bizi sınağa çəkir”

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

"Veliaht"dan sonra bu seriala çəkilir - FOTO

Kipr Latviyaya qalib gəldi

İlon Mask yenidən trilyonçu oldu

Ruhun Poeziyası: Püstə Sahibqızının Yaradıcılıq Cığırı

MÜƏLLİM – GƏLƏCƏYİ YETİŞDİRƏN BÖYÜK MİSSİYANIN DAŞIYICISI

TƏNHA ÇİNARIN NAĞILI

İlham Əliyevə dil uzadanlar bilməlidir ki... - Asəf Rzayev

1 ilə 20 kiloqram arıqladı - Foto

“Altın çocuk” 90 yaşında vəfat etdi

30 ildən 44 günə... - Fotolar

Yapon uzun ömürlülərinin sayı 100 min nəfəri keçib - sirri nədir?

Hər gün kitab oxuyan insanlarda bu 5 xüsusiyyət inkişaf edə bilər

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Məktəbin ruhuna çevrilən rəhbər – Rübabə Dadaşovanın səmimi təhsil yolu

Daşdəmir Əjdəroğlu : BİR KÖNÜL SINDIRMIŞAM...

"Çeşmə" Ədəbi Məclisinin növbəti yığıncağı "Şahənşah" restoranında keçirildi - FOTOLAR

İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB

Rubio ABŞ-ın Kiyevdəki səfirliyinin fəaliyyətinin dayandırılmasını istisna etməyib

Sabah bəzi yerlərdə leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Azərbaycanın Zəfəri – aparıcı güclərin sınan müqaviməti - ŞƏRH

Toyda kütləvi dava düşdü: Bir nəfər ölüm ayağındadır

Ədliyyə Akademiyasında vəkilliyə namizədlərin icbari təlimi başlayıb

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 21-ə yüksəlib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031