SÜBHAN KAMALOĞLU: BİR ÖMÜR YAŞADIQ - FOTO
QONŞU QIZ

Nə gözəl yaradıb Yaradan səni,
Gözəllər içində birsən, qonşu qız.
Həyatım səninlə mənalanıbdı,
Odsan alovsan,nursan,qonşu qız.

Səhərlər günəşlə çıxırsan qoşa,
İzin ver hüsnünə edim tamaşa.
Gizlən ürəyimdə,əbədi yaşa,
Sevgi dünyamızda şirsən,qonşu qız.

Sübhanın qəlbini döndərmə qana,
Baxmasan olacaq o şana-şana.
Nazın sığışmayır bütün cahana,
İncisən, gövhərsən, dürsən, qonşu qız.


GÜLÜM

Gəl gedək Qazağa, çıxaq yaylağa,
Könlündə məhəbbət oyansın,gülüm.
Qaymaq dodaqların, gül yanaqların,
Gül-çiçək ətrinə boyansın,gülüm.

Qara gözlər yenə durub qəsdimə,
Alovlandım,qərq olmuşam tüstümə.
Gül hüsnündən bir işıq sal üstümə,
Oyat,yatan bəxtim oyansın,gülüm.

Mən sənsiz neylərəm bu xanimanı,
Gözünlə görürəm bütün dünyanı,
Sevgi ver,eşqinlə yaşat Sübhanı,
Omrümə qoy ömür calansın, gülüm.


BİR ÖMÜR YAŞADIQ

Bir ömür yaşadıq,yaxşımı,pismi,
Nə mən soruşmadım, nə sən demədin.
Mən səndən razıyam,sən məndən necə?
Danışsam danışdın, sussam dinmədin,
Nə mən soruşmadım, nə sən demədin.

Yanımda var oldun,çətində,darda,
Qoşa addımladıq boranda, qarda,
Arabir yorulub, qaldıq yollarda,
Bəlkə də qəlbində küsdün,incidin,
Nə mən soruşmadım,nə sən demədin.

Çalışdım, vuruşdum, keçdi ömür-gün,
İnsan yaranandan həyata sürgün.
Qəlbinə dəyəndə niyə, nə üçün,
Mənim bildiyimi səndə bilirdin,
Nə mən soruşmadım,nə sən demədin.

Üç övlad payımız gəldi dünyaya,
Qol-qanad açdılar ulduza-aya,
Verib gəncliyini hər ilə, aya,
Böyütdün onları,anayam dedin,
Nə mən soruşmadım,nə sən demədin.

Ömrümün gülü də, çiçəyi də sən,
Elimin gözəli, göyçəyi də sən,
Sübhanın döyünən ürəyidə sən,
Mən gözəl sevirdim, sən gözəl sevdin,
Nə mən soruşmadım, nə sən demədin.

SÜBHAN KAMALOĞLU: BİR ÖMÜR YAŞADIQ - FOTO
SÜBHAN KAMALOĞLU: BİR ÖMÜR YAŞADIQ - FOTO

Son xəbərlər

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930