Türkiyədə 82 yaşlı şəxs universitet məzunu olub - FOTO
Türkiyənin Kastamonu Universitetinin 82 yaşlı məzunu Hamdi Balkaş səhhətində olan problemə rəğmən məzuniyyət mərasimində iştirak edib.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Kastamonu Universitetinin incəsənət fakültəsini bitirən ən yaşlı məzun bundan əvvəl orta məktəbdə biologiya müəllimi olub. Balkaş bildirib ki, rəssamlıq sənətinə olan böyük marağı onu ikinci ali təhsil almağa sövq edib. O, 2018-ci ildə universitetə daxil olub və imtahanlarda yüksək bal toplayıb. Səhhətində yaranan ciddi problemlər və üç dəfə cərrahiyyə əməliyyatı keçirməsi ağsaqqal tələbəni təhsildən yayındıra bilməyib və o, buraxılış imtahanında tələbələr arasında üçüncü nəticə göstərib.

Universiteti bitirən digər məzun – ictimai elmlər fakültəsinin fəlsəfə bölümündə təhsil alan Fatma Gül Çohadarın isə 61 yaşı var. Bu qadın bildirib ki, gənclik illərində təhsil almaq imkanı olmayıb və 56 yaşında ali təhsil almağa qərar verib. Fatma xanım gənclərə tövsiyə edib ki, həyatlarının ən gözəl və enerjili illərini təhsilə sərf etsinlər. O, eyni zamanda, oxumağın heç vaxt gec olmadığını da deyib. Təqaüdçü məzun bildirib ki, o, magistr təhsili almağı da planlaşdırır.
Türkiyədə 82 yaşlı şəxs universitet məzunu olub - FOTO

Son xəbərlər

SEPAH İranın ABŞ ilə uzunmüddətli müharibəyə hazır olduğunu bildirib

Bu şəxslərə bitki çayı içmək olmaz

Amerika televiziya kanalları Trampın çıxışını səssiz yayımlayır - KİV

Tarixin ilk sülh müqaviləsinin fraqmenti tapıldı

Formula 1 yarışlarının məsafəsi 15 kilometr qısaldılacaq

Bakıda bu rayonda 52 qəzalı bina - Söküləcək

Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq

Messi daha bir rekordun astanasında

Borc üstündə silahlı toqquşma: ölənlər var

Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

Tramp Ağ Evdə yeni helikopter meydançasını açıb

27. 09.2026-də, saat 11:00-da hər biriniz QOŞMA ƏDƏBİ MƏCLİSİNƏ dəvətlisiniz

Əzizə Ağahüseynqızı : MƏN ŞEİR DEMƏYƏ QAÇIB GƏLMİŞƏM - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Hava limanında saxlanılan Afra sərbəst buraxıldı - Yenilənib

BİR ÖMRÜN GÖZƏL BAŞLANĞICI - FOTOLAR

1 milyardlıq mirasını xanımına vəsiyyət edib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 7-ci “Yaşıl dağ” ekoloji-sosial aksiyası keçirilib - FOTOLAR

"Google" 403 milyon avro cərimələndi

PAYIZ ƏTİRLİ YARADICILIQ...

Xəzər dənizində zəlzələ olub

Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib

Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya "oynayan" rəsmi İrəvan - ŞƏRH

Bakıda iki bağça fəaliyyətə başladı

"Zirə"nin legioner futbolçuları ölkələrinin milli komandalarına dəvət alıblar

Ağır qəzadan xəsarət almadan qurtuldular - Foto

“Ay nazirlər, hünəriniz çatırsa, o camaatın qarşısına özünüz çıxın!”

70 yaşlı qadın polis tərəfindən saxlanıldı - Bu əməllərə görə

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930