"Telegram” üzərindən vətəndaşlara fişinq mesajlar göndərilir
“Telegram” üzərindən vətəndaşlara “@ Postbot” vasitəsilə yaradılmış fişinq mesajlar göndərilir.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən (CERT) AZƏRTAC-a bildirilib ki, çox zaman bu mesajlar dost və ya tanış adından gəldiyinə görə güvənli hesab olunur və məlumatsız vətəndaşlar bu tələyə düşüb öz fərdi məlumatlarını daxil edirlər.

Nömrəni daxil etdikdən sonra, həmin nömrənin “Telegram” hesabına təsdiq kodu göndərilir. Bu kod “Telegram” hesabına başqa cihazlardan daxil olmaq üçün istifadə olunan koddur. Əgər kod düzgün şəkildə daxil edilərsə, sizin “Telegram” hesabınız ələ keçirilmiş sayılır və kiberdələduzlar bundan istifadə edərək başqa vətəndaşlara sizin adınızdan real kimi görünən həvəsləndirici fişinq mesajları göndərəcəklər.

Vətəndaşlara “@ PostBot” vasitəsi ilə gələn mesajlara daxil olmamaq, şübhəli keçidlər vasitəsilə bank, mobil nömrə və digər fərdi məlumatlarını qarşı tərəfə təqdim etməmək tövsiyə olunur.

Əgər vətəndaşlar artıq “@ PostBot” vasitəsi ilə gələn mesajlara daxil olublarsa, aşağıda qeyd etdiyimiz addımları həyata keçirmək tövsiyə olunur:

1. “Telegram” hesabı üçün iki mərhələli təsdiqləməni aktivləşdirin;

2. Sizə gələn təsdiqləmə kodunu heç kimlə paylaşmayın;

3. “Telegram” hesabına qoşulmuş cihazlara nəzarət edin;

4. Tətbiq icazələrini doğru tənzimləyin.

Son xəbərlər

Elvin Mahmudzadə və Samir Məmmədov həbs edildilər

Murad dünya üçüncüsü oldu

Onurğa probleminin ilkin siqnalları: Valideynlər nəyə diqqət etməlidir?

Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək?

Sahibə Qafarova Tanzaniyada koordinasiya iclasına sədrlik etdi - FOTOLAR

ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək - Tramp

Atilla Taşın qızı 14-cü mərtəbədən yıxılıb öldü

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Həmişə belə görün, olduğun kimi qal...

Azərbaycan-Mərkəzi Asiya münasibətlərində keyfiyyətcə yeni mərhələ formalaşır - ŞƏRH

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib

Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb

Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib

Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib

C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb

Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək

Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər

Atambayevin oğlu 4 il müddətinə həbs edildi

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb

Cüdoçumuz dünya çempionatında bürünc medal qazandı

Antibiotik qəbul edərkən çox şəkər yemək bağırsaqlara zərəri artıra bilər

Emoməli Rahmon: Azərbaycan və Mərkəzi Asiya ölkələri daha sıx iqtisadi əməkdaşlıq üçün potensiala malikdir

Prezident: Nəqliyyat - Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir

BELA ZƏNGİBASARLI : QOŞULUB PAYIZIN KÜLƏKLƏRİNƏ - FOTO

İlham Əliyev "Avaza" Kompleksinə gəlib

İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031