Güləşçilərimiz U-15 Avropa çempionatında iştirak edəcək
İyulun 6-da Macarıstanın Kaposvar şəhərində güləş üzrə U-15 Avropa çempionatı start götürəcək.

Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildirilib ki, iyulun 9-dək davam edəcək qitə birinciliyində hər 3 güləş növü üzrə milli komandalarımız iştirak edəcək. Yarış ərəfəsində Azərbaycan Güləş Federasiyasının rəsmiləri komandalarla görüşüb və onlara uğurlar arzulayıblar.

İyulun 6-da qadın güləşi üzrə yarışa start veriləcək. Məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında Əfsanə İslamova (39 kq), Nəzrin Əhmədli (42 kq), Esra Məmmədli (46 kq), Fidan Babayeva (58 kq) və Milana Bağırzadə (62 kq) mübarizə aparacaq.

İyulun 7-də sərbəst güləşçilər xalçaya çıxacaq. Məşqçilər Namiq Quliyev, Elşad Allahverdiyev və Xəqan Süleymanovun rəhbərliyi altında Müstəcəb Məmmədov (38 kq), Rəşid Nazarov (41 kq), Ruslan Əlizadə (44 kq), Həsən Həsənov (48 kq), Fərid Ağazadə, Hüseyn İsmayılov (hər ikisi 52 kq), İsa Yusibov (57 kq), Nihad Abbasov (62 kq), Rəşad Veysəlov (68 kq), Hüseyn Məmmədtağızadə, Nihad Quliyev (hər ikisi 75 kq), Amin Nəsibov və Hakim Tağıyev (hər ikisi 85 kq) Kaposvarda uğur qazanmağa çalışacaq.

Ayın 8-də isə yunan-Roma güləşçiləri yarışa qoşulacaq. Məşqçilər Əbülfət Məmmədovla İlham Vəzirovun rəhbərliyi altında Abdurrəhman Hüseynli, Qurban Məcnunov (hər ikisi 38 kq), Ayxan Əsədli (41 kq), Hikmət Haqverdiyev (44 kq), Elşad Abbasov, Əli Nəzərov (hər ikisi 48 kq), Nihad Məhərrəmov, Marat Ağakərimov (hər ikisi 52 kq), Məhəmməd Ələkbərli (57 kq), Nicat Yeylaqaliyev (62 kq), Yusif Əhmədli (68 kq), Rihad İbrahimli (75 kq) və Rüfət Əlizadə (85 kq) çıxış edəcək.

Təsnifat və təsəlliverici görüşlər Bakı vaxtı ilə 12:30-da başlayacaq. Yarımfinallar 19:00, medal qarşılaşmaları isə 20:00-da start götürəcək. Yarışın sonuncu günündə isə həlledici görüşlər 15:30-da başlayacaq. Qadın güləşində medalçılar iyulun 7-də, sərbəst güləşdə ayın 8-də, yunan-Roma güləşində isə çempionatın sonuncu günündə müəyyənləşəcək.

Qeyd edək ki, Avropa Çempionatında Kamran Baxışov və Samil Fəttayev ölkəmizi hakim qismində təmsil edəcək.

Son xəbərlər

Dünya Çindən kredit götürür: Ən çox borcu olan 20 ölkə

Bakıda leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Zığda yaşayış binasında yanğın söndürülüb - YENİLƏNİB

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

İllərdir səhv edirik: İsti yeməyi soyuducuya qoymaq olmaz, doğrudanmı?

Uşaqlar üçün fərdi, yoxsa qrup dərsləri daha faydalıdır?

Komaya düşdüyü deyilirdi - Çinə səfər etdi

Sabah Bakıda yağış yağacaq

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanılıb

Zelenski: Rusiya hər ay 140 ballistik raket istehsal edir

Süni intellektlə 371 kitab buraxan yazıçı milyonçu oldu

Hörmüz boğazında iki tanker minaya düşüb

Onu öldürmək üçün 49 dəqiqə damarını axtarıblar - Uğursuz edamın detalları

Oleşkidə atəşkəslə bağlı razılığa gəldilər - Melaniya Trampın iştirakı ilə

1 həftə ərzində İtaliyanın cənubunda 60 zəlzələ olub

Qəzzaya ayrılan pulları yeyiblər? - Türkiyə Dəyanət Vəqfindən açıqlama

Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı

Pezeşkian Putinlə görüşəcək

Bakıda ilk kazinonun açılacağı tarix bəlli oldu

Orbanın qızı ölkəsindən qaçdı

Akif Əyyubov dünyasını dəyişdi

SƏSSİZ TƏHLÜKƏ: SOSİAL ŞƏBƏKƏLƏRDƏ DEZİNFORMASİYA

Bir qızın ürəyində Laçın nisgili, barmaqlarında muğamın nəfəsi... - FOTOLAR

Qırx il bundan əvvəl dəhşətli-təlatümlü müharibə haqqında heç düşünməzdik... - FOTO

Qazancına görə bütün futbolçuları geridə qoydu

Bir şəhidin adını daşıyan balaca Səlimdən geriyə acı xatirələr qaldı…

Google telefon nömrənizi xəbəriniz olmadan istifadə edir: necə deaktiv etmək olar

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031